Accessibility links

Nyu-York həbsxanasından qaçanların axtarışı davam edir


Nyu-York ştatının polisi çərşənbə axşamı həbsxanadan qaçan iki cinatəkarın axtarışını davam etdirib. Onlarla güclü silahlanmış polis Deyvid Svet (David Sweat) və Riçard Meti (Richard Matt) ələ keçirmək üçün Vilsboro qəsəbəsinin yaxınlığındakı fermalar və düzənliklərdə axtarış keçirib.

Rəsmilər Kanada sərhədinə yaxın Dannimora şəhərində güclü mühafizə olunan həbsxanadan keçən həftə qaçan canilərin piyada olduqlarını güman edir.

Rəsmilər Deyvid Svet və Riçard Metin elektrik kəsici alətlərdən istifadə edərək, kameranın tavanından yaxınlıqdakı küçəyə qaçdıqlarını deyir. Bu alətlərin məhbusların əlinə necə keçməsi və qaçış zamanı həbsxana işçiləri və məhbusların səslərə diqqət verməməsi ilə bağlı suallar qaldırılır.

Deyvid Svet ömürlük, Riçard Met isə 2002-ci ildə polis rəisi müavinini qətlə yetirdiyi və 1997-ci ildə daha bir nəfəri öıdürdüyü üçün 25 il həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG