Accessibility links

Nyu-Cersi ştatında homoseksualların evlənməsinə icazə verilib


Bu gündən etibarən ABŞ-ın Nyu-Cersi ştatında eyni cinsdən olan insanlar evlənməyə başlayıb.

Saatın əqrəbləri 00:01 göstərəndə hakimin homoseksualların evlənməsinə icazə verən qərarı rəsmi şəkildə qüvvəyə minəndən sonra onlarla cütlük nikah andı içiblər.

Keçən həftə ABŞ Senatındakı yer uğrunda xüsusi seçkilərdə qalib olan hazırki Nyuark meri Cori Buker qərar qüvvəyə minəndən sonra nikah tədbirlərinin keçirilməsinə icazə verib.

Nyu-Cersinin Ali Məhkəməsi Respublikaçı qubernator Kris Kristinin tələbini rədd edəndən sonra ştat bu gündən həmcinslərin evliliyi mərasimlərinə yaşıl işıq yandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG