Accessibility links

Nyu Hempşir ştatında praymeriz başlanıb

  • Amerikanın səsi

Nyu Hempşir ştatında praymeriz başlanıb

Nyu Hempşir ştatında praymeriz başlanıb

ABŞ-ın şimal şərqi Nyu Hempşir ştatında seçicilər 2012-ci il prezident seçkiləri kampaniyasının birinci praymerizində səs verirlər.

Kanada ilə sərhəddə yerləşən kiçik Diksvil Noç qəsəbəsinin sakinləri gecə yarısından sonra Respublikaçılar Partiyasının praymerizində səs verməyə başlayblar. Sabiq Massaçusets qubernatoru Mitt Romni və ABŞ-ın Çindəki sabiq səfiri Con Hantsman hərəyə 2 səs qazanıblar.

İctimai rə sorğularında Mitt Romni nəhəng dəstəyə malikdir. Amma bu rəqəmlər onun rəqiblərini bazar ertəsi son anadək kampaniyalarını davam etdirməkdən saxlamayıb.

“Bu ötən günlərdə qubernator Romnini məndən fərqləndirən amillər xeyli aydınlaşıb. O, insanları işdən çıxarmağı sevir. Mənsə iş yaratmağı,” deyə cənab Hantsman bildirib.

Romniyə yönəlmiş tənqidlərin əksəriyyəti onun əvvəlki karyerasında özəl investisiya firmasının rəhbəri kimi varlanmasının üzərində cəmləşib. Bir çox adamlar deyirlər ki, Romninin firması aldığı şirkətlərdən yüzlərlə işçini ixtisar edərək milyonlarla dollar qazanıb.

XS
SM
MD
LG