Accessibility links

Nyu Hempşirdəki qaçqınlar praymeri seçkisini yaxından izləyir [Video]


Onlar öz ölkələrindən qaçıb, onillər boyu qonşu Nepalda qaçqın düşərgələrində yaşadıqdan sonra ABŞ-ın Nyu Hempşir ştatında məskunlaşıblar. Nyu Hempşir hazırda ABŞ prezident seçkisinin diqqət mərkəzindədir. Amerikanın Səsinin müxbiri orada hazırda ABŞ vətəndaşları olan Butan icmasının üzvləri ilə seçki kampaniyası və bəzi namizədlərin güclü anti-immiqrant ritorikası haqda söhbət edib.

Burada öz ölkəmizdən fərqli olaraq istədiyimizi etmək azadlığımız var.

Nahar zamanıdır və Ancali Bandari valideyinlərinin Mançesterdə yerləşən Momo kafesində Nepal körisi hazırlayır.

Bandarinin ailəsi Nyu Hempşirə yeddi il öncə yerləşib. Daha öncə isə onlar bir neçə il Nepalda qaçqın düşərgəsində yaşayıblar. Ailənin nepallı kökü olduğu üçün doğma Butandan sürgün edilib.

İndi isə bu yeni Amerika vətəndaşı sevinc hissi ilə Birləşmiş Ştatları doğma evi adlandırır.

“Burada öz ölkəmizdən fərqli olaraq istədiyimizi etmək azadlığımız var,” deyə Ancali bildirir.

Təxminən on il ərzində ABŞ Dövlət Departamenti hər il yüzlərlə butanlı qaçqını ABŞ-ın şimal şərqində yerləşən Nyu Hempşir ştatında yerləşdirib.

Surac Budatoki ABŞ-a 2009-cu ildə gəlib və bu yaxınlarda vətəndaşlıq alıb.

O, prezidentlik uğrunda yarışı yaxından izləyir, amma bəzi namizədlərin qlobal miqrant böhranı ilə bağlı dediklərindən narahat olduğunu deyir.

“Prezidentliyə namizədlərin ehtiyacları olduğu ərəfədə qaçqınlara qarşı bu cür nifrətdolu ritorika ilə çıxış etmələri heç də yaxşı deyil,” deyə Surac bildirir.

Butadoki iki işdə işləyir. İş yerlərindən biri də Nyu Hempşir Butan İcmasıdır. Burada o digər qaçqınlara yeni həyata uyğunlaşmağa yardım edir.

“Hər şey yaxşıdır. Ümid edirəm ki, ailəmlə birlikdə mənim üçün hər şey daha yaxçı olacaq və mən qaçqın düşərgəsində olduğum vaxt mənə yardım edən icma üçün bir şeylər edə biləcəm,” o deyir.

Onlar bizi açıq qucaqla qarşılayır. Biz bu gözəl ölkənin hökümətinə və gözəl insanlarına təşəkkür edirik.

Hökümət və özəl donorlardan gələn yardımla Nyu Hempşir Butan İcması ştatda 3500 qaçqının yerləşdirilməsinə kğmək edir. Buna isə təkcə Butandan deyil, Birma, Sudan və Fildişi Sahilindən gələn qaçqınlar daxildir.

Butan İcma Proqramına rəhbərlik edən Bagirat Kativada qaçqınların amerikalılardan imkanaların alındığına dair iddiaları rədd edir.

“Onların gətirdikləri mədəniyyətə baxın. İmmiqrant və qaçınlar gələndən sonra ştat daha da zənginləşib,” deyə Bagirat bildirir.

ABŞ-a səkkiz il öncə gələn bu yeni Amerika vətəndaşı onun və digər qaçqınların hazırda sahib olduqları azadlıq və imkanlardan məmnundur.

“Onlar bizi açıq qucaqla qarşılayır. Biz bu gözəl ölkənin hökümətinə və gözəl insanlarına təşəkkür edirik,” deyə o bildirir.

XS
SM
MD
LG