Accessibility links

Nyu Hempşir praymerilərinin qalibləri: Sanders və Tramp [Video]


Nyu Hempşir praymerilərinin qalibləri: Sanders və Tramp
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Nyu Hempşir praymerilərinin qalibləri: Sanders və Tramp

Donald Tramp və Demokrat Berni Sanders çərşənbə günü Nyu Hempşirdə keçirilən praymeridə qalib gəlib. Nyu Hempşir praymerisi ABŞ prezidentliyinə iddiaçılar üçün mühüm sınaqdır. Respublikaçılar tərəfindən Ohayo qubernatoru Con Keysik Trampdan sonra ikinci yeri tutub. Praymeri nəticələri isə göstərir ki, önümüzdə bizi hər iki partiyadan nominasiya uğrunda gərgin mübarizə gözləyir.

Bizim gözəl ölkəmizin höküməti təkcə zəngin və seçki kampniyalarına ianələr edən bir neçə şəxs deyil, bütün Amerika xalqına məxsusdur.
Berni Sanders

Ayova kokusunda ikinci yeri tutandan sonra kobud danışığı ilə tanınan qeyri-siyasətçi Donald Tramp Nyu Hempşirdə qələbə qazandı.

“Biz yenidən qalib olacağıq və o qədər qələbə əldə edəcəyik ki, siz buna çox sevinəcəksiniz. Biz Amerikanı yenidən qüdrətli edəcəyik, hətta bəlkə əvvəlkindən də qüdrətli.”

Amma Respublikaçılar tərəfindən təəccüb doğuran məqam Trampın qələbəsi deyil, Ohayo qubernatoru Con Keysikin ikinci yeri tutması oldu.

“Bu seçki kampaniyasında digərlərindən fərqli olaraq bir möcüzə var. Biz bunu hər birimiz, yəni Amerikanı dəyişmək üçün üzərinə bu qədər məsuliyyət alanlar üçün bir imkan olaraq görürük.”

Keysikdən sonra üç, dörd və beşinci yerləri tutan Ayova kokusunun qalibi Ted Kruz, sabiq Florida qubernatoru Ceb Buş və Florida senatoru Marko Rubio olub.

Respublikaçı namizəd Con Keysik
Respublikaçı namizəd Con Keysik

Demoratların yarışında isə Vermont senatoru Berni Sanders seçki kampaniyasının önündə gedən Hillari Klintonu böyük fərqlə məğlub edib.

“Bizim gözəl ölkəmizin höküməti təkcə zəngin və seçki kampniyalarına ianələr edən bir neçə şəxs deyil, bütün Amerika xalqına məxsusdur.”

Klinton isə öz tərəfdarlarını ruhdan düşməməyə və diqqəti öndə gələn prayamerilərə yönəltməyə çağırıb.

“Bizim burada olmağımızın səbəbi sizsiniz. Sizin sayənizdə biz nominasiyanı qazanacağıq.”

Nyu Hempşirdə seçicilər seçki məntəqələrinə axışırdı. Onların çoxu Trampı dəstəkləyirdi.

İki gözəl namizəd var, amma birinin iş təcrübəsi daha çoxdur, o namizəd də Klintondur.

“O, yeganə mühafizəkar namizəd deyil, amma mən inanıram ki, o bizim ölkəmizi ürəkdən sevir və medianın da cavabını verə bilir.”

Sanders tərəfdarları arasında da seçici fəallığı yüksək idi.

“O bütün dünyanın xoşuna gələcək. Amerika üçün də bu vacibdir.”

Bu isə Hillari Klinton tərəfdarlarıdır.

“İki gözəl namizəd var, amma birinin iş təcrübəsi daha çoxdur, o namizəd də Klintondur.”

Nyu Hempşirdə yüksək nəticə əldə edən iddiaçılar Cənubi Karolina və Nevada praymerilərinə hazırlaşır. Aşağı nəticələr əldə edən Respublikaçılar isə prezident seçki kampaniyasında yarışları yenidən nəzərdən keçirməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG