Accessibility links

Nyu-Yorkda daşınmaz əmlak qiymətləri artır [Video]


Nyu-Yorkda daşınmaz əmlak qiymətlərinin artması ilə şəhərin demoqrafiyasını dəyişib.Şəhərin Çaynataun bölgəsi də təsirsiz qalmayıb. Bir zamanlar mühacirlərə vətən olan Aşağı Manhetteni çoxları tərk etməyə balayıb.

İllərlə Manhetten adası mühacirlərin ilk dayanacağı olub. Lakin zaman keçdikcə şəhər böyüyür, mühacirlərin məskunlaşdığı məhəllələr iqtisadi məntiqlə uyğunlaşmağa başlayıb. Çaynataun da eyni istiqamətdə irəliləyir.

Peter Kvong Asiyalı Amerikalıların Araşdırılması və Şəhər Planlaşdırılması Mərkəzinin professorudur. "Bu məhəllələrdə çoxmərtəbəli binalar inşa etmək istəyirlər. Bizneslər açmaq, bahalı yaşayış evləri tikmək istəyirlər. Bu plan Nyu-Yorkun hər yeri üçün nəzərdə tutulur. Lakin Manhetten və Çaynataun əsas yerlərdəndir."

Asiyalı Amerikalıların Müdafiəsi və Tədrisi Fondunun hesabatında Caynataunun dəyişməsinin detalları açıqlanıb. Burada dəbdəbəli evlər, mehmanxanaların inşası, qiymətlərin qalxması, habelə Asiaya restoranları və binzneslərinin azalması göstərilib.

Sun Meirong 1990-cı ildə Amerikaya gəldiyi gündən bəri Çaynataunda yaşayır. Onun restoranına əsasən çinli mühacirlər gəlir. "Şükranlıq bayramlarında küçədə o qədər insan olardı ki, yoldan keçmək mümkün olmazdı. Son 3 ildə buraya heç kim gəlmir. Bu, Çaynataunun dəyişməsi deməkdir. Bizneslərimiz əhəmiyyətli dərəcədə itki verir".

Sunun dediyinə görə, məhəllənin dəyişməsi çinlilərin sıxışdırılması deməkdir.

"Evlər təzələnir və burada yaşayanlara təklif edilmədən satılır. Amerika mühacirlər ölkəsidir, lakin buna baxmayaraq mühacirlərin çoxu qiymətlərin öhdəsindən gələ bilmir".

Nyu-Yorkda evlərin qiymətinin qalxması siyasi məsələyə çevrilib. Çaynataunun sakinləri hesab edir ki, bu Nyu-Yorka 8 il merlik edən Maykl Blumberq dövrünün məhsuludur.

Li Hua Çinli işçilər assosiasiyasının katibidir. “Manhettenin şərq hissəsinin yenidən planlaşdırılması Blumberqin işidir. Buna etirazımızı bildirmişik. İctimai dinləmələrdə bu məsələni qaldırmışıq.Yüzlərlə insan bu sahədə fəaliyyətə cəlb edilib. Lakin Blumberq buna əhəmiyyət vermədi.”

Nyu-Yorkun yeni merinin dəyişikliklərə mane olacağına ümid edilir.Yanvar ayının əvvəlində vəzifəsinin icrasına başalayan Bill de Blasio yoxsullarla zənginlər arsındakı fərqi azaltmağa, habelə evlərin qiymətinin münasib həddə saxlanmasına çalışacağına vəd verib.
XS
SM
MD
LG