Accessibility links

Nyu-Yorkda ilk Ebola halı qeydə alınıb


Nyu-Yorkun meri Bil de Blasio və qubernator Endrü Kuomo
Nyu-Yorkun meri Bil de Blasio və qubernator Endrü Kuomo

Bu yaxınlarda Qvineyada Ebola xəstələrini müalicə etdikdən sonra Nyu-Yorka qayıtmış həkimin virusa tutulduğu bildirilir.

Nyu-York şəhərinin meri Bill de Blasio şəhərdə ilk Ebola xəstəliyi halını təsdiq edərək, həkim Kreq Spenserin təcrid ediliyini bildirib və həyəcan üçü əsas olmadığını deyib.

Kreq Spenser cümə axşamı çalışdığı Sərhədsiz Həkimlər tibbi xeyriyyə təşkilatını özündə Ebola xəstəliyinin əsas iki simptomu olan qızdırma və ürək bulanması hallarının müşahidə etdiyi haqda məlumatlandırıb.

Rəsmilər Spenserlə kontaktda olan şəxsləri tapmağa çalışır. Kreq Spenser ABŞ-da Ebola diqanozunun qoyulduğu dördüncü adamdır.

Qərbi Afrikada isə Malidə ilk Ebola halının qeydə alındığı haqda xəbər verilib. Malinin Səhiyyə naziri Ousmane Kone dövlət televiziyasında vəziyyətlə əlaqədar məlumat verərək, xəstənin qonşu Qvineyadan xəstəxanaya gətirilən iki yaşlı qız olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG