Accessibility links

Nyu-Yorkda dağıntılar altından sağ qalanların xilasına ümüd azalır


Nyu-York şəhərinin Harlem rayonunda partlayış nəticəsində uçan binanın altından sağ qalanların xilasına ümüd azalır.

Dünən güclü partlayış yeddi nəfərin ölümünə səbəb olub. Xilasetmə dəstəsi qaz sızması nəticəsində partlayaraq uçan iki yaşayış binasının dağıntıları altında hələdə qaldığı ehtimal edilən digər doqquz nəfəri axtarır. Hadisə zamanı azı 63 nəfər xəsarət alıb.

Partlayış binanın dağılmış hissələrini bir neçə dalan kənardakı dəmir yoluna ataraq,
"Grand" mərkəzi dəmir yolu dayanacağında qatarların fəaliyyətinin dayanmasına səbəb olub.

Partlayışdan bir neçə dəqiqə əvvəl yaxınlıqdakı binanın sakinləri enerji şirkətinin rəsmilərinə zəng edərək qaz qoxusunun gəlməsi barədə xəbər verib.

Nyu-York şəhərinin meri Bill de Blanko hadisənin qəfildən baş verməsi səbəbilə insanları xilas etməyə vaxt olmadığına görə insidenti “dəhşətli hadisə adlandırıb”.
XS
SM
MD
LG