Accessibility links

Nyu-York şəhərində liman məktəbi


Nyu-York şəhərində liman məktəbi
Nyu-York şəhərində liman məktəbi

Nyu-York şəhərində kiçik məktəblər də daxil edilməklə, incəsənət, biznes, hüquq və mühəndislik kimi sahələr üzrə ixtisaslaşdırılmış 400-dən çox məktəb fəaliyyət göstərir.

Nyu-York şəhərindəki belə məktəblərdən birinə yalnız bərə ilə getmək olur. Bu, Manhattandan 70 hektar ərazisi olan Qubernator adasınadək qısa bir məsafədir. Limandakı bu məktəb yenidən təmir olunmuş hərbi dəniz dənanması binasında yerləşir.

Məktəbin təməlini qoyan, proqram direktoru Mürrey Fişer və məktəbin müdiri Neyt Dadli qapıda şagirdləri salamlayaraq, onlara məktəb formasını geyinməli olduqlarını deyirlər.

Məktəb ənənəvi bir məktəbə bəzənsə də, buradakı tədris proqramı fərqlidir. Bundan əvvəl ətraf mühitin müdafiəsi ilə məşğul olan Hadson Riverkeeper qrupunda çalışmış, məktəbin proqram direktoru Mürrey Fişer Fişer bunu belə izah edir.

- Hal-hazırda ətraf mühit böhranı baş verən zaman məktəblər nə üçün bu mübarizədən kənarda qalmalıdır? Ekologiyaya köməyə ehtiyac olan bir vaxt, nəyə görə şagirdlər bir sinifdən o biri sinifə keçərək, onlara maraqlı olmayan fənləri öyrənməlidirlər? - deyə, o bildirir.

Harbor məktəbində dərslər çox vaxt elə Nyu-York limanında keçir. Fişer şəhərin böyük resurslara malik olduğunu, lakin onun özünün də ekoloji problemlərdən zərər çəkdiyini və yardıma ehtiyacı olduğunu düşünür.

Şagirdlər bir yerdən o biri yerə aparılaraq, gəminin idarə edilməsini və ümumiyyətlə gəmiçiliyi öyrənirlər. Onlar sudan nümunələr götürərək, oksigenin və tullantıların səviyyəsini yoxlayırlar. Onlar yelkənli qayıqların idarə edilməsini öyrənir və qayıqların hazırlanmasına yardım edirlər.

Harbor məktəbinin şagirdlərinin çoxu Bruklin məhəlləsinin azgəlirli, mühacir ailələrindəndir. Məktəbin müdiri Neyt Dadli deyir ki, məktəbi bitirdikdən sonra kollecə daxil olmaq istəyənlər üçün əlavə proqram kimi hər şagirdə altı dənizçi ixtisasından biri üzrə ayrıca sənəd verilir. O, məktəbin məzunlarının 70 faizinin kollecə daxil olduğunu deyir.

Laboratoriyada tilapia və dəniz ilbizlərinin yetişdirlilməsinə yardım edən Tatyana Boyen təhsilini dəniz biologiyası sahəsində davam etdirmək istəyir. “Mən məktəbə gəlməzdən əvvəl dənizlə o qədər maraqlanmırdım. Lakin burada təhsilə başlayandan və ətraf mühit haqda daha çox bilik əldə etdikdən sonra nələrin baş verdiyini gördüm” - deyə, Tatyana bildirir.

Mörrey Fişer məktəbin ən böyük layihəsində iştirak edir. Layihədə Nyu-York limanında 20 il ərzində bir milyondan çox ilbizin mayalandırılması nəzərdə tutulur.

XS
SM
MD
LG