Accessibility links

Nyu-Yorkda öldürülən imamın qatilini tapana 10 min dollar mükafat elan olunub


Müsəlman vəkillər qrupu müsəlman dini xadiminin qətlinin səbəbini müəyyən etməyə yardım məqsədi ilə 10 min dollar mükafat təklif edir.

55 yaşlı İmam Maulama Akonji və 64 yaşlı Tara Uddin şənbə günü günorta namazından sonra Nyu-Yorkdakı Əl-Furqan Ceym məscidindən çıxarkən Quins rayonunda, küçədə yaxın məsafədən güllələnib.

Amerika-İslam Münasibətləri Şurasının rəsmiləri bildirib ki, şura üzvləri bu gün mükafatı elan edəcək.

“Biz ümid edirk ki, sözü gedən mükafat bu dəhşətli cinayəti törədən şəxsin tapılmasına və həbsinə kömək edəcək. Biz ümid edirik ki, həbs edildikdən sonra törədilən cinayətin motivi müəyyən ediləcək” - deyə şuranın rəhbəri Nihad Avad bildirib.

Polis silahlı şəxsin avto-portretini ictimayyətə açıqlayıb. Şəkildə əks etdirilən şəxsin qara rəngdə saçı, saqqalı və eynəyi var. Polis hadisənin motivi barədə məlumat verməyib.

Quins rayonunda Əl-Furqan Ceym məscidi yaxınlığında yerləşən Ozon parkında toplaşan fəallar hadisəni nifrət cinayəti adlandırıb.

Məscidin Banqladeş icma xidmətinin üzvləri deyib ki, onlar qətl hadisəsinin nifrət cinayəti kimi araşdırılmasını tələb edib. Təxminən 100 nümayişçi şənbə günü hadisə baş vermiş yerdə toplaşaraq “Biz ədalət tələb edirik!” şüarı səsləndirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG