Accessibility links

Nyu-Yorkda polis işçilərinin azlıqlara qarşı zorakılığına etiraz olaraq keçirilən nümayişlər dördüncü gündür davam edir.

Şənbə günü polis zabiti tərəfindən keçən ay qətlə yetirilmiş qara dərili şəhər sakininin dəfn mərasimi olub. Noyabrın 20-də polis zabiti üzərində silah olmayan 28 yaşlı Akay Qurleyi güllə ilə vurub öldürüb. Bruklin dairəsinin vəkili münsiflər məhkəməsinin Piter Lianqa qarşı ittiham irəli sürülməsini nəzərdən keçirir.

Nyu-York şəhər rəsmiləri cümə gününə keçən gecə nümayişlər zamanı 20 nəfərin həbs edildiyini bildirib.

Nümayişçilərin əsas küçələrdən birini bağlamağa cəhd göstərdikləri və ictimai asayişi pozduqlarına görə həbs edildiyi deyilir.

Nümayişlər həftənin çərşənbə günü Nyu-York şəhərinin münsiflər məhkəməsinin ağ irqə mənsub pois zabiti Daniyel Pantaleona qarşı cinayət törətməkdə şübhəli bilinən qara dərili silahsız Erik Qarneri öldürməklə bağlı ittiham irəli sürülməməsi barədə qərarından sonra başlayıb.

Nümayişlər ABŞ-ın Boston, Çikaqo, Mayami və paytaxt Vaşinqton kimi bir sıra şəhərlərində də keçirilib.

XS
SM
MD
LG