Accessibility links

Pikassonun rəsm əsəri Nyu-Yorkda rekord qiymətə satılıb


"Əlcəzairli qadın-O versiyası" 179 milyon dollara satılıb

Nyu-Yorkda keçirilən incəsənət auksionunda 20-ci əsrin iki şah əsəri dünya rekordu vuraraq, ən yüksək qiymətə satılıb. Kollektorlar bunu “əsrin satışı” adlandırırlar.

Pablo Pikassonun “Əlcəzairli qadın - O versiyası” əsəri Kristis həracında 179 milyon dollara satılıb. Bu bir rəsm əsəri üçün indiyə qədər ödənilən ən yüksək məbləğdir.

İspaniyalı fırça ustasının bu əsəri 1954 və 1955-ci illərdə çəkilən rəssamlıq əsərlərinin bir hissəsidir.

Telefon vasitəsilə hərraca qoşulub rəsmi alan şəxsin adı açıqlanmayıb.

Digər bir alıcı isə İsveçrə heykəltəraşı və rəssamı Alberto Giacomettinin “İşarə edən Kişi” adlı heykəli üçün $141 milyon dollar ödəyib. Bu da heykəltəraşlıq nümunəsi üçün verilmiş rekotd məbləğdir.

Bazar ertəsi keçirilən auksionda 34 nadir incəsənət əsəri ümumilikdə 706 milyon dollara satılıb.

Ekspertlər özəl investorların müasir incəsənətə və İmpressionizmə marağının artdığını qeyd edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG