Accessibility links

Açıqlanan yeni hesabatda Nyu-York Polis İdarəsinin müsəlmanları izlədiyi bildirilir


Açıqlanan yeni hesabatda Nyu-York Polis İdarəsinin müsəlmanları izlədiyi bildirilir
Açıqlanan yeni hesabatda Nyu-York Polis İdarəsinin müsəlmanları izlədiyi bildirilir

Hesabatda deyilir ki, şəhər polis idarəsi daxili casusluq fəaliyyətlərinə qadağa qoyulmuş Mərkəzi Kəşfiyyat Agentliyi ilə yaxın təmasda olub

Verilən məlumata görə Nyu-York şəhəri polis idarəsinin konstitusiya qanunlarını qulaqardına vuraraq yerli müsəlman icmasının fəaliyyətlərinin izlənməsi yönümündə gördüyü işlər idarənin əsas qanunla tanınmış səlahiyyətlərini aşması barədə narahatlıqlara səbəb olub.

Assosiated Press-in hesabatında deyilir ki, Nyu York şəhər Polis Departamenti şəhərdə və onun ətrafındakı 250-dən çox məscid və müsəlman tələbə qrupları barədə məlumat toplayıb. Hesabatda deyilir ki, şəhər polis idarəsi eləcə də daxili casusluq fəaliyyətlərinə qadağa qoyulmuş Mərkəzi Kəşfiyyat Agentliyi ilə də yaxın təmasda olub. Xəbər agentliyi xəbər verir ki, Nyu York polis departamenti daxilində Demoqrafiya Şöbəsi adı ilə tanınan qrup, polis işçilərini müxtəlif adlarla insanları izləmək üçün müsəlman icmasının içərisinə göndərir.

Nyu Yorkdakı Amerika İslam Münasibətləri təşkilatının vətəndaş haqları üzrə direktoru Kayrus Makqoldrik hesabatın polisin icmanı izlədiyini təsdiq etdiyini deyir. “Onların izlədikləri icmaların müştərək cəhəti, etnik profil məsələsi olmasa belə, müsəlman icmaları, dini icmalar olması aydındır,” deyə, o bildirir.

Makqoldrik deyir ki, ehtimal edilən bir səbəb olmadan yoxlanışlar və dini ibadət azadlığı da daxil edilməklə, belə addımlar konstitusiya ilə təminat altına alınmış bəzi hüquqları pozur. “Bu, cinayətin araşdırılması deyil, bu, ideologiyanın kriminallaşdırılmasıdır. Bu, Amerika müsəlmanlarına deyir ki, sizin düşüncəniz, inancınız və təsisatlarınız burada müsbət qarşılanmır.”

Konstitusiya qanunları üzrə ekspert, sabiq prezident Corc Buşun dönəmində Müdafiə Nazirliyinin müfəttişi Cozef Şmit isə deyir ki, müsəlman ekstremistlər Qurandan və şəriət qanunlarından istifadə edərək, cihad ideyası və Birləşmiş Ştatlara qarşı dini müharibəyə haqq qazandırmaq istəyirlər.

“NyuYork Polis İdarəsinin dindar müsəlmanların Amerika vətəndaşlarına qarşı davam etməkdə olan cihadın olmadığını nəzərdə tutsa, bu, məsuliyyətsizlik olardı. Lakin Amerikada hər bir müsəlmanın bununla məşğul olduğunu demək olarmı? Əlbəttə ki, yox. Bu gülməldir.”

Şmit izləmənin detalları ilə yaxından tanış olmadığı üçün bunun əsas qanuna görə ehtimal olunan səbəb olub-olmadığını və həqiqi bir cinayətin baş verməsi barədə legitim şübhə sayılıb-sayılmayacağını müəyyən etməyin çətin olduğunu deyir.

O, bunu da bildirir ki, bir insanın dərisinin rəngi, dini etiqadı və qanunun diskriminasiya saydığı hansısa səbəbə görə ayrıseçkilik edibsinizsə onda bu, o deməkdir ki, siz artıq həddi aşıbsınız.

Nyu Yorkda Amerika Vətəndaş Azadlıqları Birliyinin icarçı direktoru Dana Liberman deyir ki, bir qrupu hədəf alaraq izləmək qanunla qoyulan sərhədin keçilməsi, bu məsələdən danışsaq, qanuna riayət edən milyonlarla vətənpərvər müsəlman amerikalının sədəcə hüquqlarını pozmur, eyni zamanda onların etimadını da itirmiş olur.

“Müsəlman, Ərəb, Cənubi Asiyadan və başqa yerlərdən olanları nə qəsər şər mənbəyi kimi göstərsək, onda insanlarda belə bir ideya əmələ gəlir ki, bu icmaya başqa qaydalar tətbiq edilsin."

Liberman deyir ki, heç bir amerikalı kilsədə və ya sinaqoqlarda fərq qoymadan gizli yoxlanışlar aparılmasına imkan verməz. O deyir ki, Birləşmiş Ştatlara qarşı 2001-ci il 11 sentyabr hücumlarından sonra bəzi amerikalılar müsəlmanlara fərqli nəzərlə baxmağa başlayıblar.

XS
SM
MD
LG