Accessibility links

Nyu-Yorkda iki polis zabitini öldürən şəxsin əqli xəstə olduğu müəyyən edilib


İki Nyu-York polisini öldürən şəxsin keçmişdə zorakılıq törətdiyi və əqli xəstə olduğu müəyyən edilib.

Şənbə günü Bruklin şəhərində İsmayyil Brinslinin atəş açması nəticəsində polis zabiti Vencian Liu və Rafael Ramos həyatlarını itirib. O daha sonra özünü silahla vuraraq intihar edib.

Hadisədən əvvəl Brinsli İnstagram hesabında polis və hökumətə qarşı mesajlar yayaraq ağ polis tərəfindən qətlə yetirilmiş qaradərili Maykl Broun və Erik Qarnerin qisasını alacağını bildirib.

Brinsli qara dərilidir və qətlə yetirdiyi polislərdən biri Asiya, digəri Latın Amerika mənşəlidir.

Nyu-York şəhəri Detektiv müavini Robert Boys bildirib ki, Brinsli qarət və təhdid əməllərinə görə 20 dəfə həbs olunub.

Nyu-Yorkda qətl törətməzdən əvvəl Brinsli Merilend ştatının Baltimor şəhərində yaşayan qız dostuna atəş açaraq yaralayıb.

Nyu-York meri Bill de Blasio qətliamı bütün polislərə edilmiş hücum kimi qiymətləndirib. Mer polis tərəfindən öldürülən qaradərililərlə bağlı aksiyaların iki zabitin dəfninə qədər dayandırılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG