Accessibility links

Nyu-York-da baş verən partlayışla bağlı istintaq davam edir [Video]


ABŞ rəsmiləri deyir ki, şənbə günü gecə Nyu-York şəhərində baş verən partlayış planlaşdırılmış hücum olub. Lakin bunun arxasında kimin olduğunu tapmaq üçün daha çox təhqiqata ehtiyac var. Manhattanın Çelsi ərazisində baş verən partlayış zamanı azı 29 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri hadisə yaxınlığında başqa bir cihazın da tapıldığını və zərərləşdirildiyini bildiriblər.

Polis və təhlükəsizlik zabitləri partlayışdan sonra ərazi və ətrafında təhqiqata başlayıblar. Nyu-York qubernatoru Andryu Kuomo sakinlərə ətrafda başqa təhlükə olmadığını bildirib.

Andryu Kuomo: “Hər ehtimala qarşı biz 1000-ə yaxın Nyu-York ştat polisini və Milli Qvardiyanı avtobus terminalına, hava limanlarına və metro stansiyaya cəlb etmişik”.

Kuomo deyib ki, Nyu-York dünyada ən yaxşı polisə sahib şəhərdir və hadisəni törədənlər məsuliyyətə cəlb olunacaqlar.

Partlayış şənbə günü 20:30 radələrində baş verib və ətrafdakı təhlükəsizlik kameraları ilə qeydə alınıb. Şahidlər partlayışın güclü olduğunu bildiriblər.

Denis Kols: Vücudum da partlayışı hiss etdi. Mən qız dostuma baş ağrı dərmanı verdim. Küçənin aşağısına baxdım. Oranı tüstü bürümüşdü.”

Təhlükəsiz qüvvələri bir neçə küçə uzaqlıqda təzyiqli qazana məftillərlə bağlı mobil telefonu taparaq zərərsizləşdirib.

Nyu-York rəsmiləri partlayışın terror hadisəsi olduğunu dərhal bildirməyiblər. Təhlilçilər bunun şəhərdə vahimənin qarşısını almaq üçün edildiyini deyir.

Nik Kaseyl: “Ehtiyatlı olmaq xəbərdarlığı bu an üçün ən mühümdür. Siz təşviş baş verməsini istəmirsiniz. Terror hücumu insanlara qarşı törədilmiş zorakılıqdır. Onları terrora inandırmaq, beləliklə onları hökumətdən xarici siyasəti dəyişdirməsini tələb etməyə sövq etmək.”

Lakin Nyu-Yorklular bazar günü terrordan təsirlənmiş kimi görünmürdülər.

“Bunun mənə təsir etməməsinə çalışdım, çünki onların məqsədi budur.”

ABŞ prezidentliyinə namizədlərin hər ikisi də Nyu-Yorkludur.

Hillari Klinton: “Düşünürəm ki, hər zaman nəticə əldə olunanadək gözləmək lazımdır.”

Donald Tramp: “Bizim yaşadığımız dünyada baş verənlər dəhşətlidir. Biz buna sərt və ağıllı cavab verərək axırına çıxacağıq.”

Şənbə günü habelə Nyu Cersidə Dəniz Piyadaları xeyriyyə yarışması yaxınlığında partlayış baş versə də zərər çəkən olmayıb. Əlində bıçaq olan naməlum şəxs isə Minnesotada şənbə günü axşam alış-veriş mərkəzində insanlara hücum edərək yaralayıb. Polis zabiti hadisəni törədənə atəş açaraq zərərsizləşdirib.

XS
SM
MD
LG