Accessibility links

Nyu York polisi ictimai parkda toplaşan 70 nümayişçini həbs edib


Nyu York polisi ictimai parkda toplaşan 70 nümayişçini həbs edib
Nyu York polisi ictimai parkda toplaşan 70 nümayişçini həbs edib

Nyu York polisi iki ay bundan əvvəl başlayan “Occupy Wall Street” hərəkatının maraq mərkəzinə çevrilən Aşağı Manhattanda ictimai parkı tərk etmək istəməyən 70 nümayişçini həbs edib. Dəbilqə geyən və əllərində qalxan tutan polis zabitləri yüzlərlə nümayişçini Nyu Yorkun Zuccotti parkını tərk etməyə məcbur ediblər. Şəhər və parkın sahibinin hesabatında deyilir ki, ərazi parkda düşərgə quran insanlar üçün sağlamlıq və yanğın təhlükəsinin artmasına görə müvəqqəti olaraq boşaldılıb. Polis nümayişçilərin əksəriyyətinin parkı dinc tərk etidiklərini və ərazini tərk etmək istəməyənlərin həbsə alındıqlarını deyib.

XS
SM
MD
LG