Accessibility links

Nyu-York şəhərində hava və dəmiryol nəqliyyatları qismən bərpa olunub


Nyu-York şəhərini və qonşu Nyu-Cersi şəhərini viran qoyan Atlantik okeanının dağıdıcı“supertufanı” Sendinin gətirdiyi daşqın suları Nyu-Yorkun geniş miqyaslı metro sistemini suya qərq edərək iflic etdikdən sonra şəhərin metro xidməti qismən bərpa olunub.

Nəqliyyatda təmir işləri gördükdən sonra rəsmilər şəhərin 23 metro xəttindən 14-nün yenidən istifadəyə veriləcəyini açıqlayıblar.

Çərşənbə günü şəhər ərazisinə normadan çox sərnişinlərin daxil olması nəqliyyatda böyük tıxacların yaranmasına səbəb olduğu üçün Nyu-York ştatının qubernatoru Andryu Kuomo ştatda "fövqəladə hal" elan edib. Qərara əsasən cümə axşamı və cümə günü Nyu-York nəqliyyat müfəttişliyinə məxsus sərnişin qatarları, metrolar və avtobuslar pulsuz xidmət göstərəcək.

Daşqınlardan zərər çəkmiş Nyu-York ərazisinin üç ən böyük hava limanlarından biri olan LaGuardia-da xidmətlər məhdud dərəcədə bərpa edilib. Çərşənbə günü digər iki - John F. Kennedy və Newark beynəlxalq aeroportları məhdud səviyyədə fəaliyyət göstəriblər.
XS
SM
MD
LG