Accessibility links

Nyu-York ştatında qatarla avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb


Hadisə zamanı azı 12 nəfər xəsarət alıb

Nyu-York şəhərindən keçən dəmiryolu xəttinin üzərində dayanan maşınla şəhərətrafı qatarın toqquşması nəticəsində 7 nəfər ölüb, azı 12-i adam yaralanıb.

Hadisə çərşənbə axşamı Nyu-York şəhərindən 32 kilometr aralıda yerləşən Valhalla şəhərində baş verib. Rəsmilər bildirir ki, dəmiryolu keçidinin təhlükəsizlik şlaqbaumu Jeep Cherokee avtomobilinin üzərinə düşdükdən sonra sürücüsü maşınını yoxlamaq üçün enib. Sürücü dəmir yolu xəttinin üzərindən davam edə bilmədən öncə isə qatar avtmobil ilə toqquşub.

“Bu həqiqətən çirkin və amansız mənzərədir,” deyə Nyu-Yorkun qubernatoru Endryu Kuomo hadisə yerini ziyarət etdikdən sonra bildirib. Cənab Kuomo Jeep avtomobilinin sürücüsünün və qatarın altı sərnişinin dünyasını dəyişdiyini bildirib. Qatar maşını bir neçə kilometr sürüdükdən sonra maşın alovlanıb.

Qatardakı yüzlərlə sərnişin alovdan qurtulmaq üçün qatarın arxasına doğru qaçıb. Hadisə zamanı azı 12 nəfər xəsarət alıb.

XS
SM
MD
LG