Accessibility links

Nyu York rəsmiləri onlayn silah satışını dayandırmaq istəyirlər (VİDEO)

  • Piter Fedinski

Nyu York şəhərindəki cinayətlərdə istifadə olunan silahların əksəriyyəti qeyri-qanunidir və başqa ştatlardan gətirilib. Son aylarda bu növ silahlardan açılan atəş 8 polis zabitini yaralamış, onlardan birini öldürmüşdür. Həmin zabitlərdən dördü körpəsi ilə birgə girov götürülmüş qadını xilas edərkən gülləyə tuş gəlib. Bu üzdən Nyu York rəsmiləri internetdə qeyri-qanuni silah satışının qarşısını almağa çalışırlar.

Son dörd ayda qətlə yetirilmiş Nyu York polis zabitinin xatirəsi anılır. İnsanlar dekabr ayında quldurluq aktına cavab verərkən öldürülmüş polisin taleyinə acıyır. Mer Maykl Blumberq federal rəsmiləri kitablardakı qanunları icra etməməkdə günahlandırır. Həmin qanunlara əsasən azyaşlılara və psixoloji problemli adamlara, keçmiş cinayətkarlara silah satışı qadağan edilib.

Maykl Blumberq: “Biabırçılıq odur ki, federal hökumət qanunları icra etmək üçün çox sayda məhdudiyyətlər qoyub və hazırda qanunları icra edə bilmir.”

Nyu Yorkun baş prokuroru Erik Şnayderman deyir ki, şəhərdə baş verən cinayətlərin 90 faizi ştatdan kənar silahlar vasitəsilə həyata keçirilib. Bu silahlardan bəziləri onlayn satışa qoyulub. Ötən il təhqiqatçılar 14 ştatda insanların keçmişini yoxlamadan onlara silah satan 10 vebsaytın yiyələrinə qarşı reydlər keçirib.

DİALOQ

Alıcı: Heç bir yoxlama lazım deyil.

Satıcı: Xeyr, mən özəl fərdəm.

Alıcı: Oh, çox yaxşı. Yəqin ki, mən o yoxlamadan keçə bilməzdir.

Satıcı: Elə mən özüm də.

Silah hüquqlarının tərəfdarları deyirlər ki, silahlanmış vətəndaşlar tiraniyanın qarşısını alırlar. Belə bir tiraniya günahsız adamların hərdən qətlə yetirilməsindən daha pis olardı. Larri Pratt Amerika Silah Sahibləri təşkilatının icraçı direktorudur:

Larri Pratt: “Özəl vətəndaşların əlində olan silahlarla törədilənlər odlu silah üzərində monopoliya qurmuş hökumətin yanında heç nədir.”

Mer Blumberq Prattın arqumentlərini “səfeh” adlandırır. O, deyir ki, hər gün orta hesabla ABŞ-da qeyri-qanuni silahla 34 adam qətlə yetirilir. Mer əlavə edir ki, federal hökumətin anti-silah qanunları qəbul etməsinin əleyhinə çıxan qruplar ən azından hazırkı qanunların icrası ilə bağlı səylərə yardım göstərməlidirlər.

XS
SM
MD
LG