Accessibility links

Nyu-Yorkda qanunsuz mühacirlərə şəxsiyyət vəsiqələri verilir [Video]


Nyu-Yorkda qanunsuz mühacirlərə şəxsiyyət vəsiqələri verilir
please wait

No media source currently available

0:00 0:03:37 0:00

Vəsiqə, qanunusuz mühacirlər daxil olmaqla, hər bir şəhər sakininə verilir

İmmiqrasiya islahatı bu il Vaşinqtonda ən çox müzakirə olunan məsələdir. Lakin ABŞ-ın bir çox şəhəri federal hökümətin bu məsələ və ölkəyə qanunsuz daxil olan insanlarla bağlı tədbir görəcəyinə inanmır. Nyu Yorkda isə artıq hər bir sakinə, hətta qanunsuz immiqrantlara belə yeni bələdiyyə şəxsiyyət vəsiqələri verilir.

Manhattan ictimai kitabxanasındakı bu qeydiyyat mərkəzi kimi 12 mərkəzdə şəxsiyyətlərini və yaşayış yerlərini təsdiq edə bilən insanlar yeni bələdiyyə şəxsiyyət vəsiqələri üçün qeydiyyatdan keçə bilərlər.

Biz qanunsuz mühacirlər daxil olmaqla, burda yaşayan hər kəsin həyatın daha səmərəli etməyə çalışırıq

Vəsiqə, qanunusuz mühacirlər daxil olmaqla, hər bir şəhər sakininə verilir. Bu kartla onlara bank hesabları aça, uşaqlarını məktəbə yazdıra, xəstəxanalara daxil ola –bir sözlə şəxsiyyət vəsiqəsi tələb edən hər bir işi görə bilərlər.

İlk ay ərzində yeni vəsiqə almaq üçün qeydiyyatdan artıq 150 min nəfər keçib.

“Bu, insanların gündəlik həyatlarında özlərini daha təhlükəsiz hiss etmələri üçün edilir.”

Nyu York İmmiqrasiya Koalisiyasının əməkdaşı Betsi Plam bildirir ki, Nyu Yorkda 500 mindən artıq qanunsuz mühacir yaşayır.

San Fransisko daxil olmaqla, ABŞ-ın yalnız bir neçə şəhərində bələdiyyə şəxsiyyət vəsiqələri verilir. Ancaq daha çox şəhər bu proqrama qoşulur. Nyu-Yorkun İmmmiqrasiya üzrə işlər müvəkkili Nişa Aqarval bildirir ki, bunun səbəbi şəhərlərin federal mandat olmadan immiqrasiya siyasəti ilə bağlı tədbirlər görmə hüquqlarının olmasıdır.

“Biz qanunsuz mühacirlər daxil olmaqla, burda yaşayan hər kəsin həyatın daha səmərəli etməyə çalışırıq.”

Tərəfdarlar qanunsuz immiqrantların vəsiqələri olmadığı üçün təhlükə altında olduğunu deyirlər.

“Bundan sonra qanunsuz mühacirlər cinayət qurbanı olduqları zaman polisə zəng edə biləcəklər, çünki artıq şəxsiyyətlərini təsdiq edən sənədləri olacaq.”

Əslən Ekvadordan olan Antonio 1992-ci ildən bəri ABŞ-da yaşayır. Hazırda onun heç bir qanuni sənədi yoxdur. Bu isə onun həyatına ciddi təsir edir.

“Mənim 2007-ci ilədək iş icazəm var idi, o icazə vəsiqəsi ilə mən ev aldım, kredit pulu, su pulu, və evdə lazım olunan hər şeyin pulunu ödəyirdim. Lakin mənim iş icazəmin və sürücülük vəsiqəmin vaxtı qurtarıb. Ona görə də mənə vergilərimi və başqa ödənişləri dəmək üçün yeni vəsiqə lazımdır, çünki mən illər boyu vergi ödəmişəm.”

Ölkənin digər şəhərləri ilə həmrəy olaraq bu məsələni milli debat məsələsinə çevirmək və qabaqcıl immiqrasiya siyasəti yürütmək ölkənin gələcəyi üçün yaxşı bir addımdır

Əleyhdarlar isə Nyu York şəhərinin qanunsuz mühacirləri qorumaq üçün məqbul olmayan tədbirlər gördüyünü və insanlar üçün qanunu pozmağı asanlaşdırdığını iddia edir. Amerika İmmiqqrasiya İslahatı Federasiyasının əməkdaşı İra Melman xəbər verir.

“Heç bir şəhər və ya bələdiyyə höküməti federal hökümətin immiqrasiya siyasətinə qarışmamalıdır. Belə etməklə Nyu York federal immiqrasiya qanunlarını pozan insanlara yardım edir və onları qanunu pozmağa sövq edir.”

Ölkənin bir neçə şəhərinin meri yerli immiqrasiya səylərində əməkdaşlıqları və dəstəkləri barədə vədlər etmək üçün Nyu York şəhərinə gəliblər.

“Ölkənin digər şəhərləri ilə həmrəy olaraq bu məsələni milli debat məsələsinə çevirmək və qabaqcıl immiqrasiya siyasəti yürütmək ölkənin gələcəyi üçün yaxşı bir addımdır.”

İmmiqrasiya tərəfdarları bildirir ki, şəxsiyyət vəsiqələri müdafiəsiz vətəndaşları qorumaq naminə çox şeyə nail olacaq. Hərtərəfli immiqrasiya islahatının həyata keçməsi isə uzun zaman alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG