Accessibility links

ABŞ səhm birjalarında yüksəliş Çin bazarına müsbət təsir edib


Birləşmiş Ştatlarda səhm qiymətlərindəki yüksəliş Çində qazancları artırıb.

Nyu-Yorkda Dou Cons səhm qiymətləri ilk dəfə orta hesabla 16000 bal yüksəlib. Dou Cons indeksinə Coca-Cola, American Express, Exxon Mobil kimi beynəlxalq şirkətlər daxildir.

Standard and Poors 500 səhm indeksi də ilk dəfə 1800 bala çatıb. Üçüncü əsas ABŞ səhm indeksi Nasdaq indeksi 4000 bala yüksəlib. Ancaq Nasdaq indeksi hələ də özünün 2000-ci ildə yüksəldiyi 5100 rekord balından aşağıdır.

Təhlilçilər bildirir ki, investorlar Çinin iqtisadi azadlığı genişləndirəcəyinə dair verdiyi vəddən cəsarətləniblər. Onlar Çinin daha davamlı inkişaf istiqamətində irəliləyəcəyini düşünürlər.

Çinin dövlət xəbər agentliyi Sinhua deyib ki, islahatlın fermerləə və dövlət müəssissələrinə dəyişiklər gətirəcək ,özəl şirkətlərin rəqabətini asanlaşdıracaq.
XS
SM
MD
LG