Accessibility links

Nyu-Yorklular Suriyalı qaçqınların gəlməsini xoş qarşılayır [Video]


Nyu-Yorklular Suriyalı qaçqınların gəlməsini xoş qarşılayır
please wait

No media source currently available

0:00 0:02:36 0:00

Birləşmiş Ştatlarda suriyalı qaçqınların taleyi haqda debatlar hər yerə yayılıb. Lakin bir çox miqrantın evi sayılan Nyu-York şəhərində ictimai təşkilatlar qaçqınların yaxşı qaşılanması üçün bəzi ölçüləri öz öhdələrinə götürüblər.

Bu günə qədər təqribən 2200 Suriyalı qaçqın ABŞ torpaqlarına ayaq basıb. Dövlət Departamentinin məlumatına əsasən onlardan 77 faizi qadın və uşaqdır. Nyu-Yorkda qaçqınların sayı çox azdır. Lakin şəhərin meri Bill de Blasio Nyu-York şəhərini miqrantların fəxri adlandıraraq, müharibədən qaçan insanlara arxalarını çevirməyəcəklərini deyib. O, müsəlman Nyu-Yorkluları terrorizmə qarşı mübarizədə müttəfiq adlandırıb.

Respublikaçı prezidentliyə namizəd Ted Kruz və Ceb Buş Suriyalı xristian qaçqınların qəbul edilməsinə, amma müsəlmanların qəbul edilməməsinə çağırıb. Donald Tramp isə deyib ki, o, heç bir Suriyalını qəbul etməyəcək və seçildiyi təqdirdə bəzi məscidləri nəzarətə alacaq. Nyu-York Ərəb Amerikalıları Təşkilatı və Davud Məscidinin rəhbəri Dr. Əhməd Cabir bu çağırışları konstitusiyaya zidd adlandırıb.

Dr. Əhməd Cabir: “Siz necə qaçqınlar xoş gəlmədiniz deyə bilərsiz. Necə yanı onların inanclarına görə, onların müsəlman olduqları üçün gəlmələrini istəmirsiz.”

Davud məscidi Bruklinin mərkəzində yerləşir. Bu, 1939-cu ildə Nyu-Yorkda tikilən ilk məscid olub. Hazırda məscidlərin sayı 270-dən çoxdur. Dr. Cabir deyir ki, icma Yəmən, Misir, Suriyadan gələn qaçqınlardan və fələstinlilərdən ibarətdir. Bunlar arasında həm müsəlman, həm də xristianlar var.

Dr. Əhməd Cabir: “Bizim qonşu ailələrlə yaxın əlaqələrimiz var. Onlar miqrantların gəlişini xoş qarşılayır.”

Dr. Cabirin təşkilatı İngilis dili dərsi də daxil olmaqla, səhiyyə və uşaqlara məktəbdən kənar proqramlar təklif edir.

Digər ictimai qruplarda fərqli sahələrdə köməklik göstərirlər. Beynəlxalq Xilas Etmə Kommitəsi hər il qaçqın uşaqlara yay proqramı təşkil edir.

Sara Rovbottom: “Hətta böyük icmalara dəstək olunmasa belə, onlar bilirlər ki, onların burada aid olduğu icmaları var. Onlara burada dəyər verilir və onlar burada yaxşı əlaqələr qura bilər.”

İctimai rəy sorğuları göstərir ki, təhlükəsizlik məsələsinə görə amerikalıların çox az bir hissəsi Suriyadan gələn qaçqınların qəbul edilməməsi tərəfdarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG