Accessibility links

"Obama administrasiyası Tramp kampaniyasının Rusiya ilə əlaqəsinin aşkar edilməsinə çalışıb"


New York Times bu haqda məqaləni hazırkı və sabiq rəsmilərə istinadən yazıb

New York Times qəzetinin yazdığına görə, Barak Obama administrasiyası Donald Trampın seçki kampaniyasının Rusiya rəsmiləri ilə əlaqəsinin aşkar edilməsinə çalışıb. Beləliklə administrasiya gələcək araşdırmaları asanlaşdırmaq istəyib.

Qəzet məqaləni hazırkı və sabiq rəsmilərə istinadən yazıb.

Məlumatda deyilir ki, Britaniya və Hollandiya da daxil edilməklə ABŞ-ın çoxsaylı müttəfiqi Rusiya rəsmiləri və Trampın yardımçılarının Avropa ölkələrində görüşdüyü bildirib.

Tramp isə qəzetin məlumatını rədd edib. Ağ Evin sözçüsü Şon Spayser deyib ki, məlumat heç bir yeniliyə malik deyil.

"Yenilik yalnız Obama adminisrasiyasının seçkilərdəki məğlubiyyətlərinə bəraət qazandırmaq üçün yanlış məlumat yaymasıdır" - qəzet Spayser istinadən yazıb.

Obamanın göstərişi ilə aparılan təhqiqat Rusiya prezidenti Vladimir Putinin ABŞ seçkilərinə müdaxilə etməklə, Trampın qələbə şanslarının artırılmasına sərəncam verdiyini aşkar edib.

New York Times qəzetinin yazdığına görə, Obama administrasiyası ilkin kəşfiyyat hesabatı hazırlayaraq Konqresə təqdim etməli idi.

Qəzet yazır ki, prezident Obama özü şəxsən bu təşəbbüsdə iştirak etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG