Accessibility links

Nyu-Yorkda Amerika müsəlmanları Konqres dinləməsinə etiraz etdi


Nyu-Yorkda Amerika müsəlmanları Konqres dinləməsinə etiraz etdi
Nyu-Yorkda Amerika müsəlmanları Konqres dinləməsinə etiraz etdi

Keçirilməsi planlaşdırılan Konqres dinləməsi ABŞ müsəlmanları arasında radikallaşma təhlükəsini əhatə edəcək

Güclü yağışa baxmayaraq Nyu-Yorkun “Times Square” meydanına toplaşan yüzlərlə insan ABŞ müsəlmanları arasında radikallaşma təhlükəsinə dair keçirilməsi planlaşdırılan Konqres dinləməsinə öz etirazını bildirib.

Bəzi dini təriqətlərin liderləri də daxil olmaqla bütün nümayişçilər Amerika müsəlmanlarının ayrıseçkiliyə məruz qalmasına etiraz ediblər. Bazar günü səhər ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin sədri Piter Kinq dinləməyə haqq qazandıraraq deyib ki, amerikalılar Əl-Qaidənin ölkəyə hədə yaratmaq mövqeyindən ilhamlanıblar.

XS
SM
MD
LG