Accessibility links

Nyu Yorkda imam və onun yardımçısı məscidin qarşısında güllə ilə vurularaq öldürülüb. Polis hadisə qurbanlarının yaxın məsafədən arxadan başlarından vurularaq öldürüldüyünü bildirib. Şahidlər qatilin hadisə yerindən qaçan zaman hələ əlində silah tutduğunu deyiblər.

Hadisəni törədən silahlı şəxs hələ ələ keçirilməyib və axtarışdadır.

Ölənlərin 55 yaşlı imam Maulama Akonci və onun 64 yaşlı yardımçısı Thr Uddin olduğu bildirilir. İmam və onun yardımçısı günorta namazından sonra məsciddən çıxan zaman öldürülüblər.

Hadisə Nyu Yorkun Kuinz (Queens) hissəsindəki Ozon parkı yaxınlığında yerləşən Əl-Furqan Məscidinin qarşısında baş verib.

Hadisənin motivləri aydın deyil.

Məscidi ziyarət edən Banqladeş icmasının üzvləri atışmanın nifrət zəminində cinayət kimi səciyyələndirilməli olduğunu deyiblər.

XS
SM
MD
LG