Accessibility links

Nyu-Yorkda internet həftəsi festivalı


Nyu-Yorkda internet həftəsi festivalı

Nyu-Yorkda internet həftəsi festivalı

Festival direktoru deyir ki, smartfon kimi yeni onlayn platformalar istehlakçılara üçün ikinci rəqəmsal inqilab bəxş edir

İnternet və mobil kommunikasiya texnologiyalarından istifadə artmaqda davam edir. Nyu-York yeni məhsullar yaradan bir çox şirkətin fəaliyyətə başladığı şəhər olub. Bu yaxınlarda şəhərdə “Nyu-Yorkda İnternet həftəsi” festivalı keçirilib.

Bu festival virtual mədəniyyətə dair ən böyuk tədbirlərdən biri idi. Nyu-Yorkdakı teknologiya sektorunda çalışan 300 min işçi, o cümlədən “.com” və onlayn şirkətlərinə yatırılan 2 milyard dollarlıq texniki investisiya ilə bu İnternet həftəsi dünyanın ən çox izlənilən festivallarından biri olub.

Festivalın rəhbəri Deyvid-Mişel Davies həm də Beynəlxalq Rəqəmsal İncəsənət və Elm Akademiyasının direktorudur. O deyir ki, smartfon kimi yeni onlayn platformalar istehlakçılara üçün ikinci rəqəmsal inqilab bəxş edir: “Yeni platformalar yaranandan bəri insanların istifadəsinə verilir və insanlar üçün daha yararlı edilir. Yəni bir mobil telefon insan üçün nə qədər yararlı ola bilər?. Bu, insanların gündəlik həyatını nə dərəcədə yaxşılaşdıra bilər? Əslində bugünədə biz bu işləri internetdə etmişik, ancaq hələ də göruləcək, aşkar edilməmiş həddən artıq çox iş var.”

Google, facebook, eBay və ya Netflix-dən sonra hansı “.com” ideyasının daha uğurlu olacağını söyləmək çətindir. Ancaq Nyu-Yorkdakı İnternet həftəsindən bir şey aydın oldu ki, əyləncə, gəlir və s. maraqlar üçün başqa insanlarla virtual təmasda olmaq istəyi sərhədsizdir.

XS
SM
MD
LG