Accessibility links

Nyu-Yorkda Türk yürüşündə Azərbaycan sərgisi (VİDEO)


Nyu-Yorkda Türk yürüşündə Azərbaycan sərgisi (VİDEO)
Nyu-Yorkda Türk yürüşündə Azərbaycan sərgisi (VİDEO)

Mayın 28-də Nyu-York şəhərində 29-cu Türk yürüşü keçirilib. Ənənəvi tədbir Amerikadakı türk assosiasiyaları federasiyası tərəfindən təşkil edilmişdir. Hər il keçirilən nümayiş nyu-yorklular tərəfindən böyük maraqla qarşılanır. Türk nümayişi Amerikada yaşayan türk xalqlarının ən böyük tədbiri hesab edilir.


Bu il Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycana həsr edilmiş səyyar sərgi Azərbaycan bayraqları və Azərbaycanın Eurovision müsabiqəsində qələbəsini əks etdirən plakatlarla bəzədilmişdi. Sərgi Eurovision müsabiqəsində Eldar və Nigarın ifasında "Running Scared" mahnısının sədaları altında Nyu-Yorkun küçələri ilə hərəkət etdirilərək nümayiş etdirilib. Həm sərgi, həm də mahnı izləyicilər tərəfindən maraqla qarşılanıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG