Accessibility links

Dünyanın ən çox tanınmış sənət əsərlərindən biri olan Edvard Mançın “Qişqırıq” əsəri Nyu Yorkun Sotheby hərracında 119 milyon 900 min dollara satılıb.

Çərşənbə gününün satışından sonra alıcının adı açıqlanmayıb. Amma əsəri satan norveçli biznesmen və rəssamın dostunun oğlu Piter Olsen Mançın əsərlərinə diqqət gətirməkdən sevinc duyduğunu söyləyib.

"Ümid edirəm ki, bu satışın haqda məlumatların yayılması Mançın əsərlərinə ictimai diqqəti artıracaq," deyə o, bildirib.

Satışdan gələn gəlirlər Norveçdə yeni muzeyin inşasına sərf olunacaq.

XS
SM
MD
LG