Accessibility links

Nyu Yorkda Türk Günü Yürüşü


Nyu Yorkda Türk Amerika Dərnəkləri Federasiyası tərəfindən hər il təşkil edilən ənənəvi Türk Günü Yürüşü keçirilib.

Yürüşün keçirildiyi 35 il ərzində bu il ilk dəfədir ki, ABŞ-da yaşayan türklər və digər türk xalqlarının qatıldığı ən böyük tədbirlərdən biri olan Türk Günü Yürüşü Türkiyə dövlətinin dəstəyi olmadan təşkil edilib. Hər il Türkiyə prezidentinin, baş nazirin ofisi, kabinet nazirləri və millət vəkilləri səviyyəsində rəsmi nümayəndələrin yürüşdə təmsil edildiyi halda, bu il Türkiyədən hökumət səviyyəsində heç bir rəsmi şəxs tədbirdə iştirak etməyib.

Nyu Yorkda Türk Günü Yürüşü
Nyu Yorkda Türk Günü Yürüşü

​Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Nalit Çevik və Türkiyənin ABŞ-dakı səfiri Serdar Qılıncın da qatılmadığı Türk Günü Yürüşündə Türkiyə Respublikasını Nyu Yorkdakı Baş konsul Ertan Yalçın təmsil edib.

Türk Yürüşündə Türkiyə, Azərbaycan və Amerika bayraqları
Türk Yürüşündə Türkiyə, Azərbaycan və Amerika bayraqları

Türk Günü Yürüşündə ABŞ-da yaşayan türk dövlətlərinin nümayəndələri, o cümlədən, Amerikada Azərbaycan diaspor təşkilatlarının üzvləri yaxından iştirak edir.

Bu il Dünyəvi Türkiyə Platformasının "Türkiyə dünyəvi dövlət olaraq qalacaq" plakatı yürüşdə xüsusi diqqət çəkib.

Türk Yürüşündə Azərbaycan Nyu York Assosiyasının stendi
Türk Yürüşündə Azərbaycan Nyu York Assosiyasının stendi

Beşiktaş tərəfdarları isə komandanın qələbəsini Nyu York küçələrində bayram edib.

Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak və Nyu Yorkdakı baş konsul Ertan Yalçın tədbirdə çıxış edib. Türk Günü Yürüşü çərçivəsində festivallar davam edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG