Accessibility links

Nyu-York polisinin verdiyi məlumata görə, bu gün səhər saatlarında Nyu-Yorkun Manhattan qəsəbəsinin Penn Station adlanan bölgəsində atışma zamanı bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Şəhərin polis zabiti Kristofer Pisano hücumçunun statusu barədə hələlik heç bir məlumat verməyib.

Nyu-York Yanğınsöndürmə İdarəsinin sözçüsü Maykl Parrella deyib ki, yarananların vəziyyəti ağırdır və onlar Bellevue xəstəxanasına yerləşdirilib.

Təhqiqatçılar saat 6:14-də baş vermiş insidentə nəyin səbəb olduğunu hələlik müəyyən edə bilməyiblər.

Fox News bildirib ki, atışma metro stansiyasında baş verib.

Polis bildiirb ki, təhlükəsizlik tədbirləri gücləndirilib və ərazi müvəqqəti olaraq ictimaiyyətə bağlanıb.

Manhattan rayonunda yerləşən Penn Station Nyu-York şəhərinin əsas nəqliyyat mərkəzidir. Yerli ictimai nəqliyyatla yanaşı, Amtrak kimi tanınan uzun məsafəli dəmir yolu qatarları və digər nəqliyyat vasitələri burada saxlayır.

Xəbər yenilənir...

XS
SM
MD
LG