Accessibility links

Nyu-Yorkun müsəlman seçiciləri [VIDEO]


Noyabır ayının 6-da baş tutacaq seçkilərdə qalib gəlmək üçün siyasətçilər ABŞ boyunca seçici qrupları ilə çalışmağı nəzərdən keçirir. Amerikanın Səsinin müxbiri Peter Fedinski Müsəlman amerikalılar arasında seçki fəallığının daha da artması və Nyu-Yorkun Bruklin rayonundakı siyasətçilərin diqqətini necə cəlb etdiyi barədə reportaj hazırlayıb.

Bu yaxınlarda Nyu-Yorkun Ərəb-Amerika Assosiasiyası Bruklində məktəb auditoriyasında “Namizədlərinizlə Tanış Olun” başlıqlı forum keçirib. Tədbir ictimaiyyətə seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmək və bölgə parlamentinə namizədlərlə tanışlıq fürsəti verib. Müsəlman amerikaliların ilk nəslindən olan bəstəkar və müğənni Omina Hegazi səsvermənin onun icması barədə heç nə bilməyən siyasətçilərə tanışlıq imkanı yaradır.

“Onlar bizim keçdiyimiz çətinliklər, irqi ayrı-seçkilik, gündəlik həyatda üzləşdiyimiz ciddi nəzarətlərdən xəbərdar deyil, buna görə də mənə elə gəlir ki, bizim icma haqda öyrənmək, kim olduğumuzu bilmək və hər kəs kimi bizim də amerikalı olduğumuzu dərk etmək onların marağında olmalıdır.”- deyə Omina bildirib.

Tom Makkarti Nyu-York Ştat Məclisinə seçilmək istəyən Respublikaçı namizəddir. O, Nyu-York polisinin müsəlman amerikalıları izlədiyinə dair iddialar haqqında demək olar ki məlumata malik olmadığını etiraf edir. Lakin o, müsəlman seçicilərini dinləməyə hazır olduğunu bildirir.

"İlk növbədə onlar mühacir icmalarıdır, onların əksəriyyəti səs vermək üçün qeydiyyatdan keçməyib, lakin mənə elə gəlir ki, zaman keçdikcə bu öz həllini tapacaq, icmanın daha da çox üzvü vətəndaşlıqlarını alıb seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçəcək.”- deyə Tom Makkarti bildirir.

Makkartinin yerini tutmağa çalışdığı demokrat nümayəndə Alek Bruk-Krasnıy özü də mühacirdir. Rusiyadan gələn Alek bir yəhudi müsəlmanların da dini azadlığı dəstəklədiyini deyir.

“Əgər biz bəzi qrupların azadlıqlarını əllərindən alsaq, əgər bir-birimizin azadlığını məhdudlaşdırsaq bura hamımızın gəldiyi ölkə olmayacaq, bura Amerika arzusunun mövcud olduğu ölkə olmayacaq. Biz sadəcə olaraq buna yol verməməliyik.”- deyə əslən rus olan namizəd, Bruk Krasnıy bildirib.

Linda Sarsur Nyu-Yorkda yerləşən Ərəb Amerika Assosiasiyasının rəhbəridir. O, Bruklin seçki dairəsinin birində 2000 yeni müsəlman seçicini qeydiyyatdan keçirdiyini deyir.

Linda seçki məntəqələrinə gedəcəklərini və seçdikləri rəsmilərin vəzifələri tutacağından əmin olmaq istədiklərini bildirib.

Digər sözlə ifadə etsək, Ərəb Amerika Assosiasiyası səs verdikləri siyasətçilərin vədlərinə sadiq qalacağından əmin olmaq istəyir.
XS
SM
MD
LG