Accessibility links

Nyut Qinqric fələstinlilərin qəzəbinə səbəb olub

  • Amerikanın səsi

Nyut Qinqric fələstinlilərin qəzəbinə səbəb olub

Nyut Qinqric fələstinlilərin qəzəbinə səbəb olub

Fələstin liderləri ABŞ prezidentliyinə respublikaçı namizəd Nyut Qinqricin fələstinlilərin uydurma bir xalq olduğuna dair bəyanatını pisləyib. Nümayəndələr Palatasının sabiq spikeri bunu Yəhudi tele-kanalına verdiyi müsahibə zamanı deyib. Qingriç bildirib ki, Fələstin deyilən ölkə heç vaxt mövcud olmayıb və o, Osmanlı imperiyasının tərkibində olub.

Fələstinin baş naziri Salam Fəyyad Qingriçin sözlərini utandırıcı və dəyərsiz adlandıraraq, onun üzr istəməsini tələb edib.

Fələstinlilərin baş müzakirəçisi Saeb Erekat sabiq spikerin bəyanatını alçaqlıq kimi qiymətləndirib.

XS
SM
MD
LG