Accessibility links

ABŞ prezidenti Keystone XL neft boru kəməri layihəsini rədd edib.

Layihə Kanadanın xam neftinin Amerikanın körfəz ölkələrinə daşınması üçün 1200 mil uzunluğunda kəmərin inşasını nəzərdə tutur.

Ağ Evdə danışan Barak Obama deyib ki, Dövlət Departamentinin araşdırması layihənin Amerikanın maraqlarına xidmət etməyəcəyini göstərib.

Keystone XL neft boru kəməri layihəsi prezidentin ətraf mühit siyasətinə dair debatların mərkəzində yer alır.

Prezident bu layihənin Amerika iqtisadiyyatına uzunmüddətli təsiri olmayacağını, istehlakçılar neft qitmətlərini aşağı salmayacağını və ABŞ-ın enerji təhlükəsizliyini təmin etməyəcəyini deyib.

Obamanın bəyanatı BMT-nin gələn ay ətraf mühitlə bağlı Paris yığıncağından öncə səslənib.

ABŞ dövlət başçısı həmin yığıncaqda qlobal istiləşmə ilə mübarizə məqsədi ilə ciddi ölçülər götürülməsinə çağırmalıdır.

XS
SM
MD
LG