Accessibility links

Barak Obama müsəlmanlara Ramazan ayı münasibəti ilə xoş arzular diləyib


ABŞ prezidenti müqəddəs Ramazan ayının başlanğıcı münasibəti ilə Amerika və dünya müsəlmanlarına xoş arzuları ilə bəyanat ünvanlayıb.

"Bir çoxları üçün bu ay mənəvi inkişaf, səbr, bağışlamaq, mətanət, imkansızlara yardım və icmalar arasında birlik imkanıdır"-deyə Barak Obama bəyanatda bildirir.

Biz müsəlmanlar da daxil edilməklə, mühacirlər və qaçqınların qəbulunu davam etdirəcəyik. Prezidentlik dövründə hər il etdiyim kimi bu il də Ağ Evin qapılarını ayın sonunda Ramazan bayramı münasibəti ilə müsəlmanlara bir daha açacağam.

ABŞ dövlət başçısı deyib ki, Amerika çoxmillətli bir ölkə kimi müsəlman icması ilə fəxr edir.

“Bu insanlar dövlətimizin qurulduğu an və yenicə ölkəyə gələn həkimlər, vəkillər, müəllimlər, incəsənət xadimləri, alimlər, ictimai və hərbi qulluqçulardır”- deyə Obama bəyanatda bildirir.

“Müsəlman amerikalılar müqəddəs ayını qeyd edərkən deməliyəm ki, biz bir ailəyik. Mən müsəlman icmalarına xatırlatmaq istəyirəm ki, dini və vətəndaş hüquqları sahələrində azadlıq sorağında olanlarla, humanizm, hamı üçün sülh və ədalət axtaranlarla çiyin-çiyinə dayanıram," deyə ABŞ prezidenti bəyan edib.

Prezident Obama Yaxın Şərq və başqa qaynar regionlarda müsəlman icmaların üzləşdiyi iztirablara da toxunub.

ABŞ prezidenti Barak Obama ənənəvi olaraq hər il Ağ Evdə iftar məclisi keçirir.
ABŞ prezidenti Barak Obama ənənəvi olaraq hər il Ağ Evdə iftar məclisi keçirir.

"Bu ay münaqişələr səbəbi ilə həyatlarını itirən, evlərindən didərgin düşən milyonlarla insan yad ediləcək. Bir çox müsəlman bu ayı evində, uşaqları ilə bərabər qeyd edə bilməyəcək. Biz bu insanların iztirabına son qoymaq üçün bərabər çalışmalıyıq. Bu ağır zamanda hər bir insanın ləyaqətini qorumaq hər birimizin borcudur. Biz müsəlmanlar da daxil edilməklə, mühacirlər və qaçqınların qəbulunu davam etdirəcəyik. Prezidentlik dövründə hər il etdiyim kimi bu il də Ağ Evin qapılarını ayın sonunda Ramazan bayramı münasibəti ilə müsəlmanlara bir daha açacağam. Prezident kimi Amerika və dünya müsəlmanlarını son dəfə şərəfləndirmək mənim üçün böyük qürurdur."

"Ramazam Kərim!” deyə ABŞ prezidenti bayram təbrikini bitirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG