Accessibility links

ABŞ prezidenti Barak Obama İraqın baş naziri Nuri Əl-Malikini Ağ Evdə qəbul edib. Maliki prezident Obamadan ölkəsinin hərbi qabiliyyətinin gücləndirilməsinə yardım göstərməsini istəyib.

Nuri Əl-Maliki ABŞ-ınn müdafiə naziri Çak Heygellə də görüşü zamanı ölkəsində zorakılıqlara son qoyulması üçün ABŞ-dan daha artlq yardım istəyib.

Maliki ilə görüşü zamanı ABŞ-ın vitse-prezidenti Co Bayden ABŞ-ın İraqa dair götürdüyü öhdəliklərinə sadiq qalacağını bir daha dilə gətirib.

Görüşlər zamanı ABŞ-ın yüksək səviyyəli rəsmisi bundan əvvəl bəzi maneələrə baxmayaraq, F-16 qırıcı təyyarələrinin gələn ilin sonunadək İraqa göndəriləcəyini bildirib. Bu yaxınlarda İraq təyyarələri almaq üçün ilkin 650 milyon dollar ödəyib.

Bu həftə senatorlar Con Makkeyn, Karl Levin, Robert Menendez və Lindzi Qraham prezident Obamaya ünvanladıqları məktubda Malikini İraqdakı vəziyyətin pisləşməsində günahlandırıb.

Senatorlar ABŞ dövlət başçısından ölkədəki təriqətlərarası zorakılıqları siyasi yolla həlli və İraqda sabitliyin bərqərar edilməsi üçün təhlükəsizlik strategiyasını gücləndirməsi üçün Malikiyə təzyiq göstərməsini istəyir.

BMT-nin təxminlərinə görə, cari il ərzində İraqdakı zorakılıqlar 7500 insanın ölümünə səbəb olub.
XS
SM
MD
LG