Accessibility links

Prezident Obama: Misirdə dəyişiklik prosesi indidən başlamalıdır


Prezident Obama: Misirdə dəyişiklik prosesi indidən başlamalıdır

Prezident Obama: Misirdə dəyişiklik prosesi indidən başlamalıdır

Prezident Obama Mübarəki dərhal istefaya çağırmasa da dəyişiklik prosesinin dərhal başlamasına ehtiyac olduğunu söyləyib. “Mən bu gün axşamkı çıxışından sonra prezident Mübarəklə birbaşa danışdım. O status-kvonun davam edə bilməyəcəyini və dəyişikliyin zəruri olduğunu başa düşür”, - deyə Barak Obama bildirib.

Prezident Obama televiziyadan etdiyi çıxışında Misrdə hakimiyyət dəyişikliyi prosesinin indi başlamasına çağırıb. ABŞ prezidenti Hüsnü Mübarəklə telefon söhətində ona deyib ki, dinc və nizamlı şəkildə hakimyyət dəyişikliyi indi başlamalıdır. Misirdəki hadisələri Amerikanın partnyoru olan böyük bir xalqın tarixində yeni bir mərhələ adlandırıb.

Preziden Obma milli təhlükəsizlik üzrə məsləhətçiləri ilə müzakirələr və Misir prezidenti Hüsnü Mübarəkin televiziyadan etdiyi çıxışından sona məsələ barədə çıxış edib. Hüsnü Mübarək bu günkü çıxışında prezidentlik müddəti başa çatmayana yəni prezidentlik seçkilərinə qədər istefa verməyəcəyini bildirmişti. Prezident Obama isə öz çıxışından əvvəl Misir prezidenti ilə yarım saat telefonda danışıb. Bu hadisədələrin başlamasından bəri iki liderin bilinən ikinci telefon söhbətidir.

Prezident Obama Mübarəki dərhal istefaya çağırmasa da dəyişiklik prosesinin dərhal başlamasına ehtiyac olduğunu söyləyib. “Mən bu gün axşamkı çıxışından sonra prezident Mübarəklə birbaşa danışdım. O status-kvonun davam edə bilməyəcəyini və dəyişikliyin zəruri olduğunu başa düşür”, - deyə Barak Obama bildirib.

Prezident Obama Misrin minlərlə illik tarixindəki dəyişikliklərdən birini keçdiyini, bunu isə heç bir xarici ölkənin yox, ancaq Misr xalqının həyata keçirə biləcəyini, öz liderlərini özünün seçə biləcəyini deyib. O, Misirdə nizamlı dəyişikliyin, mənalı, dinc olmasınının və dərhal başlamasının zəruriyyətindən danışıb.

XS
SM
MD
LG