Accessibility links

Obama: Yeni hakim adi amerikalıların həyatını başa düşməlidir


ABŞ prezidenti Barak Obama deyib ki, onun Ali Məhkəmənin hakimi vəzifəsinə irəli sürəcəyi namizəd məhkəmənin qərarlarının amerikalıların gündəlik həyatına necə təsir göstərdiyini anlayan biri olacaq.

Çərşənbə günü SCOTUSblog internet saytında çıxan yazısında Obama vakansiyanı doldurmaq üçün dəqiq nə zaman bir namizəd irəli sürəcəyini deməsə də, bunun gələcək həftələrdə baş tutacağını bildirib.

Senatdakı respublikaçılar Obamanın seçimini rədd edəcəklərini və namizədin təsdiqi ilə bağlı səsvermə keçirməyəcəklərini bildirib. Respublikaçı qanunvericilər bu öhdəliyi noyabrda seçiləcək və 2017-ci ilin yanvar ayında hakimiyyətə gələcək növbəti prezidentə həvalə etmək istədiklərini deyir.

Obama isə namizədi irəli sürmək üçün konstitusional hüquqa malik olduğunu və Senatın da bu nominasiya ilə bağlı səsvermə keçirmək kimi öhdəliyi olduğunu bəyan edib.

Senatda respublikaçılar Ali Məhkəmənin hakimi vəzifəsinə mümkün nominasiya ilə bağlı müzakirələr keçirib

Senatda respublikaçılar Ali Məhkəmənin hakimi vəzifəsinə mümkün nominasiya ilə bağlı müzakirələr keçirib

O “bu işə olduqca təcrübəli”, “müstəqil düşüncəsi, dəqiq intellekti, qüsursuz mandatı olan düzgün bir insan”-ın namizədliyini irəli sürəcəyini bildirib.

Onun sözlərinə görə o, namizəddə “hər hansı bir ideologiya deyil, qərəzsiz ədalətə sadiqlik” axtardığını deyib.

“Mən bunu ədalətli və qərəzsiz qərarlar vermək üçün mühüm hesab edirəm”-prezident Obama

Lakin Obama həmçinin onu qeyd edib ki, yeni hakimin qərarları “mütləq şəkildə” “öz perspektivi, əxlaqı və ağlı”na əsaslanacaq.

Obama irəli sürəcəyi namizədin qanuna ”təkcə zəkası ilə” baxmayıb, onun nəhəng və mürəkkəb demokratiya mühitində, sürətlə dəyişən zəmanədə insanların gündəlik həyatına təsir göstərdiyini anlamasını istədiyini deyib. “Mən bunu ədalətli və qərəzsiz qərarlar vermək üçün mühüm hesab edirəm,” deyə o qeyd edib.

ABŞ Ali Məhkəməsinin mrhum hakimi Antonin Scalianın cənazəsi dəfn olunmaq Məhkəmə binasından götürülür

ABŞ Ali Məhkəməsinin mrhum hakimi Antonin Scalianın cənazəsi dəfn olunmaq Məhkəmə binasından götürülür

Senat tərəfindən təsdiq olunsa Obamanın irəli sürdüyü namizəd doqquz-üzvlük məhkəmədə mühüm rol oynaya bilər. Ali Məhkəmədəki 30 il xidmət etdiyi müddətdə mühafizəkar hakim Skalia 5-4 səs hesabı ilə nəticələnən qərarlarda çox böyük rol oynayırdı. Belə ki, məhkəmədə çoxluq təşkil edən mühafizəkar hakimlər dörd liberal hakimdən daha böyük nüfuza sahib idilər.

Obama məhkəmədəki iki vakant yerə liberal hakimlər Sonia Sotomayor və Elena Kaqanın namizədliyini vermişdi . Bu səbəbdən də bəzi respublikaçılar Obamanın üçüncü liberal hakim təyin edərək, məhkəmədəki ideoloji tarazlığı pozmasının qarşısını almaq əzmindədirlər.

Ancaq Obamanın namizədi təsdiqlənməsə, gələcək prezidentin də kimi namizdə olaraq irəli sürəcəyi naməlum qalacaq. Hazırda isə məhkəmədə dörd liberal və dörd mühafizəkar hakim olduğu üçün qərarlar 4-4 səslə nəticələnəndə, Ali məhkəmə aşağı məhkəmənin qərarının qüvvədə saxlanılmasına icazə verəcək və beləliklə Ali məhkəmənin qərarı ölkəboyu heç bir presedent müəyyən etməyəcək.

XS
SM
MD
LG