Accessibility links


BMT-nin baş katibi Ban Ki Mun BMT müfəttişlərinin kimyəvi silahlardan istifadə edildiyindən şübhələnilən bölgələrdə araşdırma apardıqlarını və şənbə günü ölkəni tərk edəcəklərini deyib.

Baş katib müfəttişlərin missiyalarını başa vurduqdan sonra ona hesabat verəcəklərini bildirib. Ban Ki Mun beynəlxalq ictimaiyyətə müraciət edərək, Suriyaya cavab verməzdən əvvəl müfəttişlərin işini başa vurmalarına imkan yaradılmasını istəyib.

ABŞ prezidenti Barak Obama Suriya bağlı hələ heç bir qərar verilmədiyini,lakin administrasiya ilə bərabər Suriya hökumətinin günahkar olduğunda razılılaşdığını deyib.

ABŞ dövlət başçısı bildirib ki, məhdud hərbi əməliyyatlara əl atılacaq və bu, Əsəd rejiminə gələcəkdə kimyəvi silahlardan istifadə edilməsinin qəbul edilməyəcəyinə dair mesaj olacaq.

Bu gün Ağ Ev rəsmiləri Konqresə yüzlərlə insanın həlak olması ilə nəticələnən hücumla bağlı kəşfiyyat hesabatı verir.

Britaniyanın baş naziri Devid Kameron bu gün parlamentdə Suriyaya qarşı mümkün hərbi əməliyyatları müzakirə edir.

BMT-nin Təhlükəsizlik Şurasında Britaniyanın təklif etdiyi qətnamə müzakirəyə çıxarılır. Şuranın 5 daimi üzvü müzakirələrə dünən başlayıb. Lakin Çin və Rusiyanın Suriyaya hərbi müdaxilə əleyhinə səs verəcəyi düşünülür.
XS
SM
MD
LG