Accessibility links

Obama: ABŞ əraziləri sunamiyə görə əsaslı zərərə məruz qalmayıb

  • Amerikanın səsi

Obama: ABŞ əraziləri sunamiyə görə əsaslı zərərə məruz qalmayıb

Obama: ABŞ əraziləri sunamiyə görə əsaslı zərərə məruz qalmayıb

Sunaminin təsiri Havay adalarında güclü olsa da ölkənin qərb sahillərinə çatana qədər şiddətini nisbətən itirib

Birləşmiş Ştatlar prezidenti Barak Obama Yaponiya sahilləri yaxınlığında baş verən 8.9 şiddətindəki zəlzələnin əmələ gətirdiyi və cümə günü səhər saatlarında öncə ABŞ-ın Havay adaları daha sonra şimal sahillərinə çatan sunami nəticəsində ABŞ ərazilərinə əsaslı zərər deymədiyini bildirib. Cənab Obama bu gün keçirdiyi mətbuat konfransında ölkənin qərb ştatlarının sakinlərinə sayıq olmaq və yaşayış yerlərini boşaltmaq barədə yerli orqanların edə biləcəkləri çağırışlara diqqət yetirmələri barədə xəbərdarlıq edib. Kaliforniya və Oregon ştatlarında minlərlə insan Sunami təhlükəsinə görə yüksək ərazilərə yerləşib.

Obama: ABŞ əraziləri sunamiyə görə əsaslı zərərə məruz qalmayıb

Obama: ABŞ əraziləri sunamiyə görə əsaslı zərərə məruz qalmayıb

Havayın yerli idarələri Yaponiyadakı zəlzələ və sunami barədə, son illərdə yaradılmış xəbərdarlıq və əməkdaşlıq, rabitə sistemi vasitəsi ilə xəbər alan kimi ştat sakinlərinə həyəcan siqnalları ilə xəbərdarlıq edərək onların şatın başlıca adalarının hündür hissələrinə köçürülməsi əməliyyatlarına başlayıb. Beynəlxalq xəbərdarlıq sistemi Havayın aidiyyatı olan idarələrininin sunaminin adalara çatmasından bir neçə saat əvvəl tədbirlər görməsinə imkan verib. Beləki səhər tezdən sunami Havay adalarının sahillərinə yetişən vaxt köçürmə əməliyyatları demək olar başa çatdırılmışdı.

Rəsmi məlumatlara görə reaktiv sərnişin təyyarəsi yəni saatda 400-500 kilometr sürətlə hərəkət edən sunami Havayın Oahu adasındakı Vaikikinin plajlarını iki metr hündürlüyündə dalğalarla vurub. Birləşmiş Ştatların qitə adlanan hissəsinin qərb sahillərinə çatana qədər isə sunaminin şiddəti azalıb və dəniz qabarsa da sahillərə vuran dalğaların hündürlüyü daha az olub.

XS
SM
MD
LG