Accessibility links

Demokratların bu həftə baş tutacaq qurultayına hazırlaşan ABŞ prezidenti Barak Obama ölkənin sənaye mərkəzi hesab edilən Ohayo ştatının Toledo şəhərində fəhlələrin dəstəyini qazanmağa çalışır.

Cənab Obama bazar ertəsi Toledo şəhərində Əmək günü münasibətilə həmkarlar ittifaqının üzvü olan avtomobil sənayesi işçiləri ilə görüşü zamanı onların uğur qazana biləcəyinə inamını bildirib.

Çərşənbə axşamı günü Şimali Karolina ştatının paytaxtı Şarlotda baş tutacaq Demokratların Milli Qurultayı zamanı cənab Obamanın rəsmi olaraq ikinci dəfə namizədliyi irəli sürüləcək.

Bazar ertəsi axşam saatlarında president keçən həftə İsaak qasırğasının Luizianaya vurduğu zərərlə tanış olmaq üçün ştata səfəredəcək.

Respublikaçı namizəd Mit Romni deyib ki, Əmək günü “Amerikanın güclü iş etikasının” qeyd olunması üçün bir imkandır". Lakin o bildirib ki, bir çox işsiz amerika üçün bu, "yenidən maaş alacaqlarını səbirsizliklə gözlədikləri daha bir həyəcanlı gündür.”

Seçicilərin çoxunun bildirdiyinə görə, ölkənin tənəzzülə uğramış iqtisadiyyatı onlar üçün əsas amil olaraq qalır.
XS
SM
MD
LG