Accessibility links

Prezident Obama ad gününü Kemp Deyviddə qeyd edir



ABŞ prezidenti Barak Obama bazar günü ad gününü ailəsi və dostları ilə Vaşinqton kənarında yerləşən Kemp Deyvid prezident iqamətgahında qeyd edir. Avqustun 4-ü prezident Obamanın 52 yaşı bitir.

Ağ Evdən Kemp Deyvidə yollanan prezident Obama həftə sonu istirahətini qolf oyunu ilə başlayıb. Ağ Evin verdiyi məlumata görə, cənab Obama uşaqlıq illərini keçirdiyi Havay adaları və prezident seçilməzdən əvvəl yaşadığı Çikaqo şəhərindən gəlmiş dostları, habelə əvvəlki və hazırkı yardımçıları ilə qolf oynayıb.

Ağ Ev ABŞ prezidentinin ad gününü necə qeyd edəcəyi haqda detallı məlumat verməyib. Amma prezident ad günü təbriklərini artıq keçən həftədən almağa başlayıb.

ABŞ Konqresinin üzvləri keçən həftə Kapitoli binasında olan cənab Obamaya tort təqdim edib. “Amerika legionu” gənclər təşkilatının üzvləri isə keçən həftə Ağ Evi ziyarət etdikləri vaxt prezident Obamaya “Happy Birthday” mahnısını oxuyublar.

Keçən il cənab Obamanın ad günü ABŞ-da prezident seçki ilinə düşmüşdü. O, keçən il də qolf oynamış və bir neçə saat Kemp Deyviddə sakit şəraitdə qalmaq istəmişdi.

Lakin axşam cənab Obama özünün Çikaqodakı evində seçkiqabağı kampaniyasının sponsorları ilə görüşmüşdü.

Bu gün prezident Obamanın Ağ Evə dönəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG