Accessibility links

Prezident Obama Konqresi neft şirkətləri üçün vergi subsidiyalarını dayandırmağa çağırır

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Konqresə yanacaq qiymətlərinin artdığı bir şəraitdə neft şirkətləri üçün vergi subsidiyalarına son qoymaq çağırışını təkrarlayıb.

Şənbə günü həftəlik müraciətində cənab Obama Konqresin gələn bir neçə həftə ərzində böyük gəlirlər əldə edən neft şirkətləri üçün 4 milyard dollar məbləğində vergi subsidiyalarını dayandırmaq üçün səs verəcəyinə ümid bəsləyir.

Prezident Obama deyib ki, Konqres külək və günəş enerjisi, habelə bio yanacaq kimi alternativ enerji mənbələrinin inkişaf etidirilməsinə məsələsinə dəstək verməlidir.

Respublikaçıların həftəlik müraciətində konrqesmen Kori Qardner prezident Obamanın 800 milyard dollarlıq yardım paketinin bir hissəsini müflis olan enerji şirkətlərinə dəstək vermək üçün istifadə etdiyini deyərək tənqid edib. Qardner deyib ki, yüksək yanaacq qiymətləri administrasiyanın baş tutmayan stimullaşdırma siyasətinin nəticəsidir.

XS
SM
MD
LG