Accessibility links

Prezident Obama yeni iş yerləri yaradan şirkətlərə yardım etməyə söz verib

  • Amerikanın səsi

Prezident Obama yeni iş yerləri yaradan şirkətlərə yardım etməyə söz verib

Prezident Obama yeni iş yerləri yaradan şirkətlərə yardım etməyə söz verib

Prezident Barak Obama ABŞ-da yeni iş yerləri yaradan şirkətlərə iqtisadi stimullaşdırma paketləri vəd edib və iş yerlərinin xarici ölkələrdə yaradılmasına çalışan şirkətlərin cəzalandırılcağını deyib.

İnternet və radio vasitəsilə yayımlanan həftəlik mesajında cənab Obama bildirib ki, o, Amerikada iş yerləri yaratmaqla düzgün iş görən şirkətlərin mükafatlandırılması üçün yeni vergi təklifləri irəli sürəcək, iş yerlərini xaricə köçürən şirkətlər üçünsə vergi imtiyazlarını aradan qaldıracaq.

Bu həftənin əvvəli Ağ Evdə biznes şitkətlərinin rəhbərləri ilə görüşdə prezident Obama deyib ki, o, şirkətlərin hökumətin onların müvəffəqiyyəti naminə əlindən gələni etdiyinə inanmasını istəyir.

Prezident həmçinin bürokratik sədlərin aradan qaldırılması və hökumət agentlikləri tərəfindən xidmətin yaxşılaşdırılması məqsədilə altı ticarət və maliyyə agentlyinin birləşdirilməsini təklif edib.

Respublukaçıların müraciətində Şimali Dakota ştatından senator Con Hoeven prezident Obamanı Kanadadan neft kəməri layihəsini təsdiq etmədiyinə görə tənqid edib. Senator deyib ki, layihə minlərlə yeni iş yerinin açılmasına və qonşu Kanadadan yüz minlərlə ton neftin gətirilməsi ilə Amerikanın xarici neftdən asılılığının azalmasına səbəb ola bilərdi.

Obama administrasiyası layihənin nəzərdən keçirilməsi üçün daha artıq vaxtın tələb olunduğunu bildirib.

XS
SM
MD
LG