Accessibility links

Prezident Obama amerikalıları Konqresə təsir göstərməyə çağırıb

  • Amerikanın səsi

Prezident Obama amerikalıları Konqresə təsir göstərməyə çağırıb

Prezident Obama amerikalıları Konqresə təsir göstərməyə çağırıb

ABŞ prezidenti Barak Obama həftəlik müraciətində amerikalıları Konqres üzvlərini vergi güzəştlərinin müddətinin uzadılmasına razı salmağa çağırıb. Bununla orta sinfə mənsub amerikalılar ildə min dollar qənaət edə bilir. Vergi ixtisarına dair güzəştin müddəti dekabr ayının 31-də bitir.

Ölkədə işsizlik səviyyəsinin endiyi və keçən ay özəl sektorda 120 min yeni iş yerinin açıldığına dair məlumatların açıqlanmasından bir gün sonra danışan prezident Obamanın sözlərinə görə, gəlir vergilərinin ixsarını qüvvədə saxlanılması bu müsbət inkişafların davam etdirilməsinə xidmət edə bilər.

Cənab Obama həmçinin deyib ki, Konqres vergi güzəştinin müddətini uzatmadan qış tətilinə çıxmamalıdır. O, ictimaiyyətə müraciət edərək, amerikalıları mesajın qanunvericilərə çatdırılmasına çağırıb.

Respublikaçıların həftəlik müraciəti ilə çıxış edən Meyn ştatından senator Olimpiya Snou həmkalarını onun dediyi kimi, büdcə defisitinin artmasına və yeni iş yerlərinin açılması prosesində ləngiməyə səbəb olan federal xərclərə nəzarət etməyə səsləyib.

Senator Snou konstitusiyaya hökumətin balanslaşdırılmış büdcə qəbul etməsini tələb edən dəyişikliyin əlavə edilməsinin tərəfdarıdır.

XS
SM
MD
LG