Accessibility links

Perzident Obama bayram mövsümü Amerika hərbçilərinə təşəkkürünü bildirib(VİDEO)


Perzident Obama bayram mövsümü Amerika hərbçilərinə təşəkkürünü bildirib(VİDEO)
Perzident Obama bayram mövsümü Amerika hərbçilərinə təşəkkürünü bildirib(VİDEO)

ABŞ prezidenti amerikalıları Milad bayramı münasibətilə təbrik edib və bayram mövsümü xoş arzularını çatdırıb. Həftəlik mesajında o, hərbi qüvvələrdə xidmət edən amerikalılara xüsusi təşəkkür bildirib. Prezident Obama deyib ki, hərbi xidmətdə olan insanlar, xüsusilə də Əfqanıstanda xidmət edən kişi və qadınlara xüsusi təşəkkür bildirilməlidir. Amerikanın birinci xanımı Mişel Obama prezidentə qoşularaq hərbi xidmətdə olanlara təşəkkür edib və amerikalıları hərbi personala gördüyü işlərə görə verilən qiyməti bildirməyə çağırıb. Respublikaçılar partiyasının həftəlik müraciət ilə İndiana ştatından konqresmen Mayk Pens çıxış edib. Konqresmen amerikalıları onların təhlükəsizliyini təmin etmək üçün vətəndən uzaqda xidmət edən insanları unutmamağa çağırıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG