Accessibility links

Prezident Obama yeni ilə ümidlərlə baxdığını bildirir

  • Amerikanın səsi

Prezident Obama yeni ilə ümidlərlə baxdığını bildirir

Prezident Obama yeni ilə ümidlərlə baxdığını bildirir

ABŞ prezidenti Barak Obama Amerika xalqına həftəlik müraciətində Birləşmiş Ştatların yeni ildə daha artıq iqtisadi inkişafa nail olacağına ümid bəslədiyini bildirib. Cənab Obama deyib ki, qanunvericilərin Milad bayramından öncə milyonlarla amerikalı üçün gəlir vergilərinin artırılmasının qarşısını alıb, işsizliyiə görə təzminatların müddətinin uzadılması kimi qərarlar verməsi onu ümidli edir. ABŞ prezidentinin bildirdiyinə görə, bu ölçülərin iki ay müddətinə uzadılması amerikalıların elektron poçt, sosial media və telefon vasitəsi ilə öz sözünü deməsi sayəsində mümkün olmuşdur. Prezident Obamanın həftəlik müraciəti hazırda onun ailəsi ilə birlikdə istirahət etdiyi Havay adalarında video lentə yazılmışdır. Respublikaçılar partiyasının həftəlik müraciətində Corciya ştatından senator Conni Ayzekson bildirib ki, respublikaçıların 2012-ci ildə bir nömrəli məqsədi Amerikada kiçik biznes sahəsində iş yerlərinin açılmasından ibarətdir. O deyib ki, onun partiyasını təmsil edən qanunvericilər vergi islahatları, nəzarət sistemində islahatlar və enerji təhlükəisizliyi kimi məsələlər naminə mübarizə apararaq nail olacaq.

XS
SM
MD
LG