Accessibility links

Prezident Obama İraqda missiyanın başa çatmasının ikinci ildönümü ABŞ əsgərlərinə ehtiram bildirib


Prezident Barak Obama Amerika xalqına həftəlik müraciətini ABŞ hərbi qüvvələrinin İraqda missiyanı başa çatdırmasının ikinci ildönümünə həsr edərək, əsgələrə və onların ailələrinə təşəkkürünü bildirib.

Texas ştatında Fort Bliss bazasında danışan cənab Obama Amerika əsgərlərini əldə edilən nailiyyətlərə görə təbrik edib.

Prezident Obama həmçinin Əfqanıstanda Taliban əleyhinə mübarizədə inkişaf əldə edildiyini, lakin qarşıda daha çətin işlərin dayandığını deyib. Cəna Obama ABŞ-ın hərbi qüvvələrini Əfqanıstandan 2014-cü ildə müəyyən edildiyi kimi çıxarmasını nəzərdə tutur.

Prezident Obama qeyd edib ki, vətənə dönən əsgərlər iş tapmaq üçün mübarizə aparmamalıdır. Cənab Obamanın sözlərinə görə, əsgərlərə arzularının gerçəkləşdirilməsində yardım etmək onlara ehtiram göstərilməsinin bir yoludur.

Respublikaçıların həftəlik müraciətində Luiziana ştatından konqresmen Stiv Skalis demokratları kiçik biznes şirkətləri üçün yanvarın 1-dən qüvvəyə minəcək vergi artımını dayandırmağa çağırıb. Konqresmen Skalis deyib ki, bu verginin tətbiq edilməsi kiçik biznes şirkətlərinin yeni işçilər cəlb etməsini çətinləşdirəcək.

Luiziana konqresmeninin sözlərinə görə, Amerika arzusunun gerçəkləşdirilməsi azadlığın inkişafı və özəl sektorda iş imkanlarının genişləndirilməsinə dəstək verilməsi deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG