Accessibility links

Prezident Obama qətlə yetirilmiş Amerika diplomatlarının xatirəsinə ehtiramını bildirib


ABŞ prezidenti həftəlik müraciətində hadisəyə görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılacağını deyib



ABŞ prezidenti Barak Obama bu həftə Liviyada ABŞ-ın Benqazi şəhərində konsulluğunda qətlə yetirilmiş Amerika səfiri və üç diplomatın xatirəsinə ehtiramını ifadə edib.

Həftəlik müraciətində cənab Obama deyib ki, Amerika azadlıqların müdafiəsi işində Qlen Doroti, Tiron Vuds, Sean Smit və səfir Kris Stivens kimi insanlardan asılıdır.

Həlak olanların ailələrinə başsağlığı verən prezident Obama hadisəyə görə məsuliyyət daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılacağını deyib. Cənab Obama amerikalıların əzminin qırılmayacağını və xarici ölkələrdə amerikalıların qorunması üçün mümkün hər bir şeyin edildiyini bildirib.

Respublikaçıların meraciətində Florida konqresmeni Allen Vest Obama administrasiyasını yanvar ayından başlayaraq müdafiə xərclərinin azaldılması planının qarşısını almamaqla hərbi qüvvələri zəiflətməkdə ittiham edib. Koqresmen Allen respublikaçıların müdafiə xərclərinin azaldılmasına yol verməmək üçün planı olduğunu, lakin Senatda Demokrat partiyasının üzlərinin onların planını dəstəkləmədəyini deyib.
XS
SM
MD
LG