Accessibility links


ABŞ prezidenti Barak Obama deyib ki, ölkə büdcə defisitinin azaldılması məsələsində ciddidirsə, o zaman zəngin vətəndaşların daha çox vergi verməsini istəməlidir.

Amerika xalqına həftəlik radio müraciətində prezident vergi planı ilə bağlı güzəştə getməyəcəyini bildirərək, bunun yenidən seçilmək üçün kampaniyanın əsas mövzusu olduğunu deyib.

Cənab Obama Konqresin Nümayəndələr Palatasında respublikaçıları orta sinfi müdafiə edəcək vergi ixtisarı planına səs verərək, gəliri 250 min dollardan aşağı olan vətəndaşların da yüksək vergilər verməsinin qarşısını almağa çağırıb. Senat planı artıq təsdiq edib.

Prezident Obama deyib ki, Konqres fəaliyyət göstərməsə yanvarın 1-dən Amerikada hamı üçün vergilər avtomatik olaraq artacaq.

Respublikaçıların müraciətnidə ABŞ-ın Florida ştatını təmsil edən senator Marko Rubi vergilərin artırılmasının ölkənin 16 trilyon dollar çatan borcu ilə bağlı problemi həll etməyəcəyini deyib. Respublikaçı senatorun sözlərinə görə, borcun nəzarət edilməsinə iqtisadi inkişaf və bəzi proqramlarda islahatlar kömək edə bilər.
XS
SM
MD
LG