Accessibility links

Obama administrasiyası ABŞ-da doğulmuş Əl-Qaida fəalını zərərsizləşdirmək haqda göstəriş verib

  • Asgar Asgarov

Obama administrasiyası ABŞ-da doğulmuş Əl-Qaida fəalını zərərsizləşdirmək haqda göstəriş verib

Obama administrasiyası ABŞ-da doğulmuş Əl-Qaida fəalını zərərsizləşdirmək haqda göstəriş verib

Obama administrasiyası Mərkəzi Kəşfiyyat Agentliyinə (CIA) ABŞ-da anadan olmuş radikal Əl-Qaidə fəalı olmaqda təqsirləndirilən müsəlman dindarını həbs etmək və ya öldürmək səlahiyyəti verib.

ABŞ rəsmiləri bildirir ki, Obama administrasiyası Mərkəzi Kəşfiyyat Agentliyinə ABŞ-da anadan olmuş radikal Əl-Qaidə fəalı olmaqda təqsirləndirilən müsəlman dindarını həbs etmək və ya öldürmək səlahiyyəti verib. Ənvər əl-Əvlakinin Yəmənin dağlıq ərazisində gizləndiyi güman edilir. Rəsmilərə istinadən ABŞ mediası bildirir ki, Əvlakinin fəaliyyəti nəzərdən keçirildikdən sonra o, hədəfə alınmışlar siyahısına daxil edilmişdir. Rəsmilər güman edir ki, Əvlakinin əvvəlki fəaliyyəti hücumları ruhlandırmaq rolundan ibarət idisə, hazırda o, Əl-Qaidanın Ərəbistan yarımadasında mühüm fiquruna çevrilib. Keçən ay açıqladığı audio mesajda Əvlaki ABŞ-da yaşayan müsəlmanları Amerika hökumətinin dünya müsəlmanlarına qarşı göstərdiyi münasibətinə görə qiyama çağırib. Valideynləri yəmənli olan və özü ABŞ-da doğulan Əvlakı mayor Nidal Həsənlə əlaqədə olduğunu təsdiqləyib. Qeyd edək ki, mayor Nidal Həsən keçən il ABŞ-ın Texas ştatında yerləşən hərbi bazada 13 nəfərin ölmündə günahlandırılır. Əvlaki habelə bildirib ki, keçən il ABŞ sərnişin təyyarəsini partlatmağa cəhd göstərən Nigeriyalı şəxs onun tələbəsi olub.

XS
SM
MD
LG